Bəlkə də, burada Mixalın Davudu xor gördüyü kimi, sizi də xor görən birini tapacaqsınız. Buna əhəmiyyət verməyin; mən xor görən Mixaldan daha çox itaətkar Davud olmağı üstün tuturam. Rəbb İsa Məsihin yoxluğunda Allah sizə və mənə Onun həqiqətinə sadiq olmaq imkanı vermişdir.
Biz bilirik ki, Müqəddəs Ruh hələ də yer üzündəki Camaatdadır və bəzilərimiz Allahın lütfü ilə Onun Camaatı haqqında həqiqəti və Rəbb İsa Məsihin adına toplanmağın nə olduğunu öyrənmişik. Yaxşı, əgər bu həqiqətə sahibiksə, ona sadiq olaq və həqiqətin azadlığında yaşayaq. Pavelin səmavi işlərini qəbul etməyənlər var idi və ondan üz döndərdilər. Düşünürəm ki, əgər Allah bizə bərpa edilmiş həqiqəti və işığı görməyi və ona əməl etməyə çalışmağı nəsib edibsə, bu böyük bir imtiyaz, Allahdan böyük bir lütfdür. İnanıram ki, biz buna Allahın lütfü ilə sahibik. Bu bizi qürurlandırmalıdırmı? Allah qorusun! Bizi günahkar kimi çağıran lütf idi və əgər Allah bizə Camaatın işığını və həqiqətini, əsl xidmətin nə olduğunu və Rəbbin adına toplanmağın nə olduğunu veribsə, bu böyük bir lütfdür.
Allah bizə Rəbbin öyrətdiklərinə sadiq olmaq üçün lütf versin. Çünki əmin ola bilərsiniz ki, «kimdə varsa, ona daha çox veriləcək; kimdə yoxdursa, sahib olduğu görünən şey də ondan alınacaq» (Luka 8:18). Əgər insanlar Allahın onlara verdiyi həqiqəti qiymətləndirməsələr, zaman keçdikcə onların görmə qabiliyyəti zəifləyir və zamanla bir vaxtlar qiymətləndirdikləri həqiqətin ən qəti düşmənlərinə çevrilirlər. Bu dəhşətli bir şeydir. Rəbb bizə Öz adına görə Ona sadiq olmağa kömək etsin!