Allahın Sizə Olan Sevgisi
Allah Öz Kitabından – Müqəddəs Kitabdan sizə danışır. O deyir ki, O sizi sevir . Allah sizin adınızı, ailənizi və harada yaşadığınızı bilir. Əslində, Allah sizin haqqınızda hər şeyi bilir. O, sizi və dünyadakı hər şeyi də yaratdı.
«Allah dünyanı o qədər sevdi ki.» Bu o deməkdir ki, O, bütün dünyadakı hər oğlanı və qızı sevir. O, sizin Onun övladı olmağınızı istəyir. Allah sizi o qədər sevdi ki, Onun ən böyük hədiyyəsini verdi ki, siz Onun övladı olasınız.
«... Yeganə Oğlunu verdi.» Allahın Oğlu Rəbb İsa Məsihdir. O, Allahın bizə hədiyyəsidir. Allah İsanı göydən yerə, yaşadığımız yerə göndərdi. İsa körpə olaraq doğuldu; O, digər oğlanlar və qızlar kimi böyüdü və oynadı; lakin İsa böyüdükdə, bizim günahlarımız üçün xaç üzərində öldü. Müqəddəs Kitab bizə deyir: «Məsih günahlarımız üçün öldü» (1 Korinflilərə 15:3).
Allah etdiyimiz pis şeyləri günah adlandırır. O dedi: «Hamı günah etdi və ... günahın əvəzi ölümdür» (Romalılar 3:23, 6:23). Heç kim sizin günahlarınızı Allahdan başqa bağışlaya bilməz, və bu ona görədir ki, İsa əzab çəkərək və ölərək sizin günahlarınızın cəzasını öz üzərinə götürdü.
Sonra üçüncü gün Allah İsanı ölülərdən diriltdi. İsa indi göydə Allahla birlikdə yaşayır. Lakin siz Ona dua etdiyiniz zaman O sizi eşidə bilər!
Allah həmçinin dedi, «... Ona inanan hər kəs» – İsa Məsih – günahların bağışlanmasına və göydə bir evə sahib ola bilər. Budur etməli olduğunuz şey:
- Günahkar olduğunuzu və günahlarınıza görə peşman olduğunuzu Allaha etiraf edin
- İsa Məsihin sizin günahlarınız üçün öldüyünə inanın
- Rəbb İsa Məsihi öz Xilaskarınız olaraq qəbul edin
«... Məhv olmasın, əbədi həyata sahib olsun.» Günahlarınızı bağışladığına və sizi Öz övladı etdiyinə görə Allaha şükür edin. Siz indi cənnətə gedirsiniz!
Siz digər oğlanlara və qızlara, və böyüklərə də İsanın onları sevdiyini deyə bilərsiniz. Onlara günahlarını bağışlaması üçün Allaha yalvarmalarını söyləyin.
İsa hər kəsin cənnətə getməsini istəyir. Siz Allahın övladı olduğunuz üçün, bir gün Rəbb İsa Məsih gələcək və sizi Öz evinə aparacaq, orada Onunla və Allahla əbədi yaşayacaqsınız.
«Çünki Allah dünyanı o qədər sevdi ki, yeganə Oğlunu verdi ki, Ona inanan hər kəs məhv olmasın, əbədi həyata sahib olsun» (Yəhya 3:16).
