Beləliklə, Allah qanundan daha çox bir şey vermişdi: şərtsiz vədlər. Onlar Onun sevgisindən və Yəhudilər qədər Qeyri-yəhudi millətləri də xeyir-dua verməkdən duyduğu sevincdən irəli gəlirdi. Belə bir hədiyyəyə hörmətsizlik etmək Onun sevgisinə hörmətsizlik etməkdir. Məsələn, aldığınız bir hədiyyə üçün pul ödədiyinizi iddia etmək, verəni incitəcək bir şeydir. Allahın ürəyi necə də kədərlənir, xüsusilə də bir çox xristianın Ruhun azadlığını unudub, onun yerinə alçaq və bezdirici təcrübələr qoyduğunu görəndə. Bütün bunlar nəyi sübut edir? Bu Allah övladlarının göy Atalarını çox zəif tanıdığını. Anlaşılmaz deyil ki, iman gətirməmiş bir insan «zəif və yoxsul elementlərlə» kifayətlənir, çünki daha yaxşısı yoxdur. V. 9 bizə deyir: «Lakin indi, Allahı tanıdıqdan sonra» və Onun tərəfindən tanındıqdan sonra (1 Korinflilərə 8:3), Onun layiq olmadığı heç bir şeyə yol verməyək və ya dözməyək. Onun sevgisinə tam etibar edək.
V. 12-də həvari öz izahını kəsərək sevimli Qalatiyalılara ürəklərinə danışır. O, onların ona qarşı olan xeyirxahlıqlarını və sədaqətlərini necə oyatmağı bilir. Təəssüf ki, yoxluq səbəbindən soyuyan hisslər zəif hisslərdir. Allahın qulu getdikdən sonra zəifləyə bilən inanclar zəif inanclardır. Xristian sevgimiz necədir? Və imanımız necədir?
