Bu qeyri-adi fəsil əvvəlki fəsili tamamlayır; indi bizə RƏBBİN bütün bərpa olunmuş xalqına yeni həyat verdiyi göstərilir. Vv. 11-14-ün izah etdiyi kimi, bu təsirli görüş İsrailin milli dirilişinə aiddir (Kilsənin qaçırılmasından sonra). Yəhudilərin Fələstinə faktiki qayıdışı bunun başlanğıcı kimi görünür. Peyğəmbərin sözü ilə sümüklər birləşir, sinirlər, ət və dəri onları örtür, lakin onların ölü vəziyyəti dəyişməmişdir. Bu, milli bir oyanışdır ki, heç də xalqın Məsihin hökmranlığının başlanğıcında yaşayacağı ruhani oyanışla müqayisə edilə bilməz. Əslində, həyat verilməsi üçün Allahın Ruhu hərəkət etməlidir və O, bu xalqın vicdanını və hisslərini oyatmaqla bunu edəcək (Zəbur 104:30).
İnsanın tam acizliyi peyğəmbərə verilən sual ilə vurğulanmışdır (v. 3). Bu sümüklərdə nə güc, nə də həyat var. Lakin bütün bunlar sadəcə «ölüləri dirildən və olmayan şeyləri var kimi çağıran» Allahın gücünü nümayiş etdirməyə xidmət edir (Romalılara 4:17).
Bizdə həyata keçirdiyi iş nə qədər də möhtəşəmdir! Bir zamanlar günahlarımızda ölü idik, Məsihlə birlikdə dirildik (Efeslilərə 2:5; Koloslulara 2:13; Yəhya 5:21).