Adı «mənim Allahım nicatdır» mənasını verən Yelisey uzun xidmətinin sonuna qədər lütf peyğəmbəri olaraq qalır. Burada o, onu ziyarət edən İsrailin yeni padşahı Yehoaşa qurtuluş elan edir. Bu gün lütfü və nicatı, bizim üçün ölmüş Məsihdən başqa harada tapa bilərik?
Təəssüf ki, Yehoaş ona təklif olunan bütün lütfdən faydalana bilmir. Onda iman yoxdur. Biz də tez-tez onun kimi olmuruqmu? Allahın bol bərəkətləri var. O, onları bizə verməyə hazırdır. Amma biz onları Ondan qorxa-qorxa istəyirik, sanki O, kasıbdır, ya da onları bizə tökmək Onun arzusu deyil. Bu, Atamız haqqında çox qeyri-kamil bir bilikdir. Məhdudiyyətlər heç vaxt Ondan gəlmir, əksinə, bizim imanımızın çatışmazlığından irəli gəlir. «Sizdə yoxdur, çünki istəmirsiniz» (Yaqub 4:2).
Yelisey ölür. Lakin bu ölüm başqaları üçün həyat mənbəyinə çevrilir. Beləliklə, bu diqqətəlayiq peyğəmbər hətta qəbirdə də Məsihin bir növüdür (bax: Matta 27:52).
Fəslin sonu bizə göstərir ki, Rəbb Öz xalqını cəzalandırmağa məcbur olsa da, eyni zamanda onlara qarşı mərhəmətlə doludur (bax: İbranilərə 12:6).