«Mən Allaha üz tutardım, işimi Allaha həvalə edərdim. O, böyük və dərkedilməz işlər görür, saysız-hesabsız möcüzələr yaradır. O, yer üzünə yağış verir» (Eyub 5:8-10).
Yağışlı bir gündə sakitcə oturdum,
Oxumaq və dua etmək üçün əlavə vaxtım oldu;
Və bir müddət düşünmək üçün vaxtım oldu,
Məsihin təbəssümünün günəş işığında:
Və nə böyük bir bərəkət — gün parlaq idi,
Göylər qaranlıq və boz olsa da,
Və buludlar qalın və qara olsa da,
Ürəyim yüngül idi, heç nəyim əskik deyildi
Bütün gün sevinc və xoşbəxtlik üçün,
Çünki oxumaq və dua etmək üçün dayandım.
Elə isə yağışlı bir günü xor görmə,
Oxumaq və dua etmək üçün əlavə vaxt ayır!
«Bu, Rəbbin yaratdığı gündür; bu gün sevinək və şadlanaq!» (Zəbur 118:24).





