“Mənim əmrlərimə sahib olub onlara əməl edən Məni sevəndir. Məni sevəni də Atam sevəcək. Mən də onu sevəcək və özümü ona açacağam” (Yəhya 14:21).
Allahın əmrlərinə itaət ürəyinizdən gəlir. Allaha itaət etməkdə çətinlik çəkməyə başlayanda, bu, ürəyinizin Ondan uzaqlaşdığının açıq göstəricisidir. Bəziləri iddia edir: “Mən Allahı sevirəm, lakin həyatımın müəyyən sahələrində Ona itaət etməkdə çətinlik çəkirəm.” Bu, ruhani cəhətdən qeyri-mümkündür. Əgər sizdən soruşsam: “Siz Allahı sevirsinizmi?” asanlıqla cavab verə bilərsiniz: “Bəli!” Lakin əgər soruşsam: “Siz Allaha itaət edirsinizmi?” eyni sürətlə bəli cavabını verərdinizmi? Halbuki mən sizə eyni sualı verərdim!
Allaha həqiqi məhəbbət bütün qəlbdən itaətə gətirir. Əgər həyat yoldaşınıza müəyyən vaxtlarda onu sevdiyinizi, lakin digər vaxtlarda onu sevməkdə çətinlik çəkdiyinizi desəydiniz, münasibətiniz təhlükə altında olardı. Lakin biz güman edirik ki, Allah bəzənki məhəbbətlə və ya qismən itaətlə razıdır. O, razı deyil.
Məhəbbətsiz itaət qanunçuluqdur. Öz-özlüyündə itaət mükəmməllikdən başqa bir şey ola bilməz ki, bu da qürura gətirib çıxarır. Bir çox vicdanlı xristianlar Məsihə daha çox itaət etmək üçün həyatlarında intizam yetişdirməyə çalışırlar. Ruhani intizamlar nə qədər faydalı olsa da, onlar heç vaxt Allah sevgisini əvəz edə bilməz. Sevgi intizamdır. Allah sizin dindar vərdişlərinizdən, əxlaqlı həyat tərzinizdən və kilsə fəaliyyətinizdən kənara baxır və nüfuzedici baxışlarını ürəyinizə yönəldir.
İbadətiniz boş və rutin halına gəlibmi? Allahın Kəlamını oxumaq üçün motivasiyanızı itirmisinizmi? Ruhani letargiya yaşayırsınızmı? Dua həyatınız bir rituala çevrilibmi? Bunlar Allahdan uzaqlaşmış bir ürəyin simptomlarıdır. İlk sevginizə qayıdın. Sevgi Allahla münasibət və Ona xidmət üçün ən böyük motivasiyadır.

