İsrail xeyir-dua diləyir ki, Allahın iradəsi və Onun xilası bütün yer üzündə bilinsin (ayə 1, 2). Biz dualarımızda tez-tez özümüz haqqında düşünürük. Gəlin dua edək ki, bizə göstərilən lütf və zövq aldığımız xeyir-dualar ətrafımızdakılar tərəfindən fərq edilsin və onlar bununla Rəbb İsaya cəlb olunsunlar.
Romalılara məktub (Romalılara 9:1-33; Romalılara 10:1-21; Romalılara 11:1-36) bizə İsrailin Allahın lütfünü qeyri-yəhudi millətlərə yaymasına imkan vermək üçün necə kənara qoyulduğunu izah edir. O, həmçinin bizə qeyri-yəhudilərin İbrahimə verilən vədlərdə iştirakının yəhudiləri qısqanclığa sövq etmək üçün nəzərdə tutulduğunu göstərir (Romalılara 11:11-12 oxuyun). Lakin Məsihin padşahlıq əsası altında həm birincisi, həm də ikincisi üçün yer olacaq (Zəbur 22:27). Bütün dünya millətləri yəhudi xalqı ilə birlikdə xeyir-dua alacaqlar. Artıq qısqanclıq və ya milli qürur məsələsi olmayacaq; İsrailin yalnız bir arzusu olacaq: bütün xalqların Allahda sevinməsini və Onu tərifləməsini görmək (ayə 3, 5). Sonra Quzu göydə və yerdə layiq olduğu kimi ucaldılacaq. «Sən bizi Öz qanınla hər qəbilədən, dildən, xalqdan və millətdən Allaha satın aldın . . .» (Vəhy 5:9).