«Rəbb Allah Adəmi çağırdı və ona dedi: Haradasan?» (Yaradılış 3:9)
Sən Öz mübarək işini Öz yolu ilə görmək üçün səni göndərmək istəyən Ondan gizlənirsənmi? Oh, bu səhər sənə deyim: «Rəbbə sən lazımsan.»
Bəlkə də sənin üçün etməli olduğu kiçik bir şey kimi görünə bilər, lakin bu, vacib bir şeydir.
Ona «sən lazımsan.» Ona arxa çevirmə; Onun tərəfindən işə götürülməkdən özünü kənarda qoyma; nə edəcəyin və nə etməyəcəyin barədə özün üçün qanunlar qoymaqla başlama; lakin ürəyinin dərinliyindən qışqır: «Budur mən, məni göndər.»