Ailədə uşaq valideynlərinin tərbiyəsinə tabedir. Bu, bir neçə göz yaşına səbəb ola bilər, lakin uşaq böyüdükdə belə bir tərbiyəyə görə valideynlərinə təşəkkür etmək üçün səbəb tapacaq. Əgər biz Allahın oğulları və qızlarıyıqsa, Onun tərbiyəsini yaşamamağımız qeyri-mümkündür (v. 8), çünki müqəddəs Allah Öz övladlarını Öz surətinə uyğunlaşdırmaq istəyir (v. 10). Lakin bu tərbiyə bizi iki tamamilə əks reaksiyaya gətirə bilər: birincisi, biz onu xor görə bilərik və ona heç bir diqqət yetirməyə bilərik. Biz daha çox «onunla məşğul olmalıyıq»; yəni Rəbb qarşısında özümüzü mühakimə etməliyik, Onun bizə belə bir sınaq göndərməsinin səbəbini axtarmalıyıq (Eyub 5:17). Əks təhlükə isə ruhdan düşə bilərik (v. 5; Efeslilərə 3:13). Bu halda, tərbiyə altında olan bir möminə verilən adı xatırlayaq: «(Rəbbin) sevdiyi (kəs)» (v. 6). Bütün insanlarla sülhü qoruyaq, lakin müqəddəsliyin hesabına deyil (v. 14). Unutmayaq ki, biz özümüz lütfün obyektləriyik və qəlbimizdən acılıq köklərini (hərfi mənada «zəhər cücərtilərini») qovmalıyıq. Əvvəlcə gizli qalan bu köklər, dərhal mühakimə olunmazsa, gec-tez özlərini göstərəcəklər (Qanunun təkrarı 29:18).
Əvvəlki fəsildə ailəsinin digər üzvləri ilə birlikdə adı çəkilməyən Esav burada əbədi rüsvayçılığına görə qeyd olunur. Heç birimiz onun kimi olmayaq.
