Yerusəlimin dağıdılması və son padşahının əsir götürülməsi ilə Nebukadnezzar Yəhuda padşahlığında hər hansı bir üsyan ehtimalını yatırdı. Lakin o, ölkənin boş qalmaması üçün ən yoxsul sakinlərindən bir neçəsini saxladı və onların başına hər kəsin sevdiyi vali Gedalyanı qoydu. Bu müddət ərzində RƏBBİN əsirlikdən qaçan bu insanlara lütfkar şəkildə nəzarət etdiyini, onlara yaxşı məhsullar verdiyini görürük (ayə 12; müq. Süleymanın Məsəlləri 30:25).
Təəssüf ki, bu əlverişli dövr uzun sürmür. Qəlblərini bilən Allah, xalqa vəziyyətlərini göstərmək üçün daha faciəli hadisələrə icazə verir. İsrailin köhnə düşmənlərindən biri, məhv edildiyi düşünülən Ammonluların padşahı yenidən peyda olur (ayə 14). O, hələ də sağdır və pis planları dəyişməyib; xalqın zəifliyi indi ona bunu göstərmək şansı verir. Şeytan, böyük düşmənimiz də belə hərəkət edir. O, heç vaxt təslim olmur və həmişə müqavimətimizi zəiflədən şeylərdən (yorğunluq, tənbəllik, diqqətsizlik...) istifadə etməyə çalışır.
Baalisin köməyi ilə, şübhəsiz ki, Gedalyanın gücünə həsəd aparan İsmayıl, onu və Mizpada onunla birlikdə olan yəhudiləri öldürmək üçün qorxaq bir sui-qəsd təşkil edir.