İlyasın düşündüyünün əksinə olaraq, Allahın İsrailin eşitməsini istədiyi mesaj hökm mesajı deyildi.
RƏBB nə küləkdə, nə zəlzələdə, nə də odda idi. «Qüvvətli» səs, «əzəmətli» . . . Zəbur 29:3-9-dakı qorxunc səs, lütfün «sakit, kiçik səsinə» yer vermək üçün səngiyir. Eynilə, bu gün dünya üçün hökm vaxtı deyil; bu, günahkarı bağışlayan lütf vaxtıdır. Allah insanları Öz gücünün sübutları ilə oyada bilər, lakin yalnız lütfün zərif səsi onların ürəklərinə toxuna bilər. Lakin, onu qəbul etmək üçün öz ləyaqətsizliyimizi hiss etməliyik.
Bu dili anlamağa qadir olmadığı üçün İlyas kənara qoyulmalı və Əlişa onun yerini tutmağa çağırılır. RƏBBİN adından, o, xalqa bu sevgi səsini necə eşitdirəcəyini biləcək.
Nəhayət, Allah İlyasa daha bir dərs öyrədir. O, təkbaşına sadiq olduğuna inanaraq dağa qalxdı. O, Allahın İsraildə Özü üçün qoruduğu yeddi min kişidən yalnız biri olduğunu öyrənərək aşağı enir. Əgər o özü onları kəşf edə bilməmişdisə, Allah isə onların hər birini tanıyırdı (2 Timoteyə 2:19-a baxın).