Allah lütfkarlıqla bütün müqəddəsləri üçün Öz iradəsinin yolunu bəlli etmişdir; başqaları çətinliklər yaratmış və Newmanın Romaya keçmək üzrə olduğu zaman etdiyi kimi ətrafdakı qaranlıqdan danışmış və yazmışlar: «Məni apar, xeyirxah işıq, əhatə edən qaranlığın içində.»
J.N.Darby həqiqəti yazdı: «İlahi işıq sənin gedişini əhatə edir.» Çətinliklər var, çünki Müqəddəs Yazılar bunları «təhlükəli zamanlar» kimi tanıyır, lakin müqəddəslər işıqdadırlar, nə qədər zəif qavrasalar da; və həqiqət onlara çətin zamanlarla üzləşməyə imkan vermək üçün verilmişdir.
«Həqiqi işıq indi parlayır» (1 Yəhya 2:8). Çətinliklər günü qaranlıq etmir; onlar «işıqda» olanları imanla onları dəf etməyə təşviq etməlidir.J.T.M.





