Bilməli Olduğunuz Beş Fakt
- Allahın hökmü "Yaxşılıq edən yoxdur, heç bir kəs… çünki hamı günah edib Allahın izzətindən məhrum oldu" (Romalılar 3:12, 23)
- Allahın cəzası "Qanun kitabında yazılmış hər şeyi yerinə yetirməyən hər kəs lənətlənmişdir" (Qalatiyalılar 3:10) "İnanmayan artıq mühakimə olunmuşdur, çünki Allahın yeganə Oğlunun adına inanmamışdır" (Yəhya 3:18)
- Allahın təminatı "Allah dünyanı o qədər sevdi ki, Öz yeganə Oğlunu verdi; Oğlu vasitəsilə hər kəs Ona iman edərsə, həlak olmasın, əbədi həyata malik olsun" (Yəhya 3:16) "Müqəddəs Yazılara görə Məsih günahlarımız uğrunda öldü" (1 Korinflilərə 15:3) "Məsih bizim üçün lənət olaraq bizi qanunun lənətindən xilas etdi" (Qalatiyalılar 3:13)
- Sizin fürsətiniz "Lakin Onu qəbul edənlərin hamısına, yəni Onun adına iman edənlərə Allahın övladları olmaq haqqını verdi" (Yəhya 1:12)
- Sizin yeganə ümidiniz "Oğula iman edənin əbədi həyatı var; Oğula iman etməyən isə həyatı görməyəcək" (Yəhya 3:36) "Başqa heç kəsdə qurtuluş yoxdur, çünki bizi xilas edə biləcək başqa ad yoxdur" (Həvarilərin İşləri 4:12)

