Pis vicdanlı bir adam qorxu içində yaşayır (Süleymanın Məsəlləri 28:1). Yəhyanın başını kəsdirən Herod, Rəbb İsa haqqında danışılanları eşidəndə, peyğəmbərin dirilmiş ola biləcəyi düşüncəsindən dəhşətə gəlir. Bu, Allahın Özünün Yəhyanın tərəfini tutduğu anlamına gələrdi. Eyni səbəbdən, Rəbb İsa, çarmıxa çəkilmiş, göydə buludlar üzərində göründüyü zaman insanlar dəhşətə düşəcəklər (Vəhy 6:2; Vəhy 6:15-17; Vəhy 11:10-11).
Peyğəmbərlərin ən böyüyü olan Yəhyanın payı, onun yazıq qatilinin taleyi ilə müqayisədə nə qədər mübarəkdir! Bu Herod, atası Böyük Herod kimi qəddar deyil, daha çox qorxaqdır. Xaraktercə zəif, ehtiraslarının hökmranlığı altında, Yəhyanı dinləyəndə «çox şeylər etdi», yalnız həyatını Allahın iradəsinə uyğun yaşamaqdan başqa. Çox şeylər, hətta yaxşı şeylər etmək Allahı razı salmaq üçün kifayət deyil. Lakin burada «uyğun bir gün» gəldi; bəli, Şeytan və istifadə edəcəyi iki qadın üçün uyğun. Bir ziyafət, bir rəqsin cazibəsi, qürur ucbatından yerinə yetirilən düşüncəsiz bir vəd – iyrənc bir cinayət törətmək üçün lazım olan hər şey budur, sonradan ən dəhşətli ruh əzabı ilə ödəniləcək.