Hivlilərin kral şəhəri Qibeonun sakinləri həyatları üçün qorxaraq, İsraillə əhd əlaqəsinə girməyə qərar verdilər. Yehovanı «yuxarı göylərdə və aşağı yerdə Allah» olaraq tanıyan və Özünü Onun mərhəmətinə təslim edən Rahabdan fərqli olaraq, Qibeonlular hiyləgərcəsinə hərəkət etdilər. Onlar köhnəlmiş paltarlar və ayaqqabılar, kifli çörək və cırılmış şərab tuluqları ilə gəldilər və İsraillilərə uzaq bir ölkədən gəldiklərini, yola çıxdıqlarında hər şeyin təzə və yeni olduğunu söylədilər.
Rəbdən rəhbərlik istəmədən, Yeşua və İsrailin başçıları onlarla yaşamaq üçün təntənəli bir müqavilə bağladılar. Üç gün sonra İsraillilər kiminlə ittifaqda olduqlarını öyrəndilər. Onlar başçılarına qarşı mızıldandılar və Qibeonluları öldürməyə hazır idilər, lakin Yeşua və hökmdarlar onları dayandırdılar, onlara toxuna bilməyəcəklərini xatırlatdılar, çünki sülh əhdi İsrailin Allahı Yehovanın adı ilə and içilmişdi.
Qibeonlular Yeşuaya demişdilər: «Biz sizin qullarınızuq.» İndi onların həyatları qurtarıldı, lakin əbədi olaraq qul olacaqdılar! Onlar odun doğramalı və su çəkməli idilər. Lakin Allahın möcüzəli yolları ilə onlar bunu yalnız İsrail cəmiyyəti üçün deyil, həm də «Rəbbin qurbangahı üçün» etməli idilər. Babil sürgünündən qayıdan məbəd xidmətçiləri, Allaha xidmət etmək imtiyazını qiymətləndirən bu Qibeonluların nəslindən idilər (Nehemya 3:7).