Fəsil 12 bizə RƏBB ilə Yeremya arasında bir dialoq təqdim edir. Bu dəfə peyğəmbərin İsrail adından yalvarması deyil, ürəyini sıxan və ruhunun acılığı ilə Allaha tökdüyü kədərli suallardır. Anatot kəndinin adamları, onun həmkəndliləri, ağzını yumasa, onu ölümlə hədələməyə qədər getmişdilər (Yeremya 11:21). Ayə 6 (JND tərc.) bizə deyir ki, hətta Yeremyanın öz ailəsi də ona xəyanət etmiş və ona qarşı ucadan qışqırmışdı (müq. Luka 4:24-26). Cəsarətini itirməsi üçün kifayət qədər səbəb var idi. Lakin RƏBB Öz qulunun çətinliyini başa düşür (Onun öz xalqı da Ona xəyanət etmişdi). Və O, ona nə etməyə məcbur olduğunu izah edir: çirklənmiş məbədi tərk etmək, İsraili mirasından məhrum etmək, onları düşmənlərinə təslim etmək (ayə 7). Allahın belə qərarlar qəbul edərkən necə hiss edəcəyini təsəvvür edə bilərik. Hisslərinin dərinliyi haqqında bizə bir fikir vermək üçün, O, Öz xalqından danışarkən çox təsirli bir ifadə işlədir: «canımın sevgilisi».
Millətlər pis qonşular kimi davrandılar; bunun nəticələrini çəkəcəklər. Buna baxmayaraq, Allahın İsrail üçün, həm də o millətlər üçün ehtiyatda hələ də bərəkətləri var idi, əgər onlar Onun yollarını öyrənsəydilər.