Yerusəlimdə toplaşan həvarilər və ağsaqqallar onlara təqdim olunan məsələ ilə məşğul olurlar. Bütün yığıncaq Yakubun nəticələri ilə razılaşır (ayələr 22, 25). Onların Yəhuda və Silasın əli ilə göndərdikləri məktub çox narahat olan Antakyadakı qardaşları sakitləşdirmək və təsəlli vermək üçün gəlir (ayə 24). Eyni zamanda, Allahın iki qulunun ziyarəti yığıncağın qurulmasına çox kömək edir (ayə 32). Beləliklə, Düşmənin problem yaratmaq və bölmək cəhdləri sonda əks təsir göstərmişdir. Şagirdlərin imanı güclənmiş və yığıncaqlar arasındakı ünsiyyət bağları dərinləşmişdir. Bir daha pis olan öz işi ilə aldadılmışdır (Süleymanın Məsəlləri 11:18).
Bütün çətinliklər həll edildikdən sonra Rəbbin işi yenidən başlaya bilər. Pavlusun ilk səyahəti zamanı qurulan yığıncaqlar üçün narahatlığı onu qardaşlarının ruhani vəziyyətini görmək üçün ikinci bir səyahətə çıxmağa vadar edir (müq. 2 Korinflilərə 11:28). Lakin bu dəfə Barnaba Pavlusla getmir. Qardaşı oğlu Mark haqqında fikir ayrılığı bunun səbəbidir. Sonradan Mark həvarinin etimadını yenidən qazanacaq və o, «xidmət üçün faydalı . . . olacaq» (Koloslulara 4:10; 2 Timoteyə 4:11).