Suveren Hakim insanı yer üzünə ədaləti həyata keçirmək vəzifəsi ilə qoymuşdur (Qanunun təkrarı 1:17). Təəssüf! Bu məsuliyyəti necə həyata keçirdiyini görmək üçün yalnız gözlərimizi açmalıyıq. Biz özümüz də ətrafımızda nümayiş olunan ədalətsizliyə, xüsusilə də onun qurbanı olduğumuz zaman tez-tez qəzəblənirik və bu, bizim tərəfimizdən böyük səbir tələb edir (Yaqub 5:10-11). O zaman hər şeydən əvvəl saleh Allahın hisslərinin necə olması lazım olduğunu və bu dünyaya qarşı səbrinin nə qədər böyük olduğunu başa düşə bilərik! Bu, Onun Oğlu insanların əlində ən böyük ədalətsizliyin obyekti olduğu zaman ən parlaq şəkildə parladı.
Bəs bu gün dünyada Allahın salehliyini kim göstərməlidir, əgər Onun öz övladları deyilsə? (Lakin unutmayaq ki, ədalətsizlik kiməsə qarşı etdiyimiz əlverişsiz və ya pis hökm şəklini ala bilər). Hər gün üzləri bəlkə də bizə laqeyd qalan insanlarla qarşılaşırıq – bədbəxtlər, yetimlər, əziyyət çəkənlər, möhtaclar (3-cü ayə). Özümüzə sual verək ki, onları axtarıb dəstəkləmək, mərhəmət göstərmək və verə biləcəyimiz maddi yardımdan başqa, onlara RƏBB İsanın sevgisini söyləmək bizim vəzifəmiz deyilmi?