Allahın qüdrəti və məhəbbəti ilə bağlı ən gözəl təcrübələr insanı daha yaxşı etmək qabiliyyətinə malik deyil (Yaradılış 8:21). Nuh yer üzünə hökmranlıq etmək üçün təyin edilmişdi, lakin o, tezliklə özünə hökmranlıq edə bilmədiyini göstərir. «Atasına istehza edən» (Süleymanın Məsəlləri 30:17) və bu gün dünya kimi günahdan zövq alan Ham, nəslinə, Kənanlılara lənət gətirir. Görəcəyik ki, həqiqətən də bu fəsildə adı çəkilən Hamdan törəyən bir çox millətlər Allahın xalqının düşmənləri olacaqlar: Babil, Misir, Nineviya, Fələstinlilər və ölkəsi İsrailə veriləcək Kənanlılar. Şem və Yafet atalarına hörmət etmişlər və yer üzündə çiçəklənəcəklər (Efeslilərə 6:2-3).
10-cu fəsil dünya millətlərinin mənşəyini açıqlayır (Qanunun Təkrarı 32:8 oxuyun). Bir şeyi həqiqi xarakterində anlamaq və qiymətləndirmək üçün onun mənbəyinə qayıtmaq lazımdır; Babil və Aşşur Nimrod krallığından başlayır. Bu adamın adı «üsyançı» deməkdir ki, bu da onun əməlləri ilə təsdiqlənir. Onunla birlikdə insanın yer üzünü talamağa başladığını və zövq üçün və gücünü göstərmək üçün Allahın ona yemək üçün verdiyi heyvanları öldürərək qorxu və əzab hökmranlığını yaratdığını görürük. (Yaradılış 9:3).