Parlaq ağ suvaqla örtülmüş böyük daşlar üzərində «çox aydın» yazılmış qanun, bütün İsrailə şəhadət olaraq dağda nəzərə çarpan bir yerə qoyulmuşdu. Heç kim onu bilmədiyini iddia edə bilməzdi. Əlində tam Müqəddəs Kitab olan bizlərin daha böyük məsuliyyəti var.
Qanunu şərəfləndirən bu abidə bizə 176 ayəsində Allah Kəlamının möcüzələrini və sadiq mömin üçün nə demək olduğunu açan möhtəşəm 119-cu Zəburu düşündürür. Bu zəbur «RƏBBİN qanununda gəzənlərin» bərəkətini elan etməklə başlayır. «Bərəkəti Gerizim dağına, lənəti isə Ebal dağına qoyacaqsan», – belə əmr edilmişdi (Qanunun Təkrarı 11:29). Təəssüf ki, biz qəbilələrin bərəkəti elan etdiyini eşitmədik. Əslində xalq «qanun altında» idi və «qanun kitabında yazılmış hər şeyi etməyə davam etməyən hər kəs lənətlənmişdir» (Qalatiyalılara 3:10). Lənətlənmiş . . . lənətlənmiş . . . lənətlənmiş . . . İsrailin on iki dəfə eşitməli olduğu hökm idi (15-26-cı ayələr). Lakin Qalatiyalılardakı eyni hissə elan edir ki, «Məsih bizi qanunun lənətindən xilas etdi» onu öz üzərinə götürərək (Qalatiyalılara 3:13). Bundan sonra biz artıq qanun altında deyil, lütf altındayıq (Romalılara 6:14).