Rut burada taxıl yığan kimi təqdim olunur. Bəs taxıl yığmağın ruhani əhəmiyyəti nədir? Xatırlamalıyıq ki, birinci fəsil «arpa biçininin başlanğıcı» olduğunu söyləyərək bitir. Naomi və Rut özlərini bolluq içində tapdılar. Lakin biçin nə qədər bol olsa da, yığılmasa acları doyurmaq üçün faydasız olacaq. Biçənlər və taxıl yığanlar öz işlərini görməlidirlər, əks halda bolluq içində ac qalacaqlar. Taxıl yığaraq, Rut öz ehtiyacı və Naominin ehtiyacı üçün biçin ağası tərəfindən onların ixtiyarına verilən zəngin tədarükü mənimsədi.
Elə isə deyə bilmərikmi ki, ruhani cəhətdən taxıl yığmaq, imanlının Allahın ona haqq verdiyi ruhani bərəkətləri mənimsəməsini ifadə edir. İsrailin tarixində Allah bu millətə torpağa mütləq haqq verdi, sərhədləri böyük dəqiqliklə müəyyən edildi. Buna baxmayaraq, Allah dedi: «Ayağınızın basacağı hər yeri sizə verdim» (Yeşua 1:3). Onlar sahiblənməli idilər. Eləcə də Pavel böyük inamla deyə bilər ki, imanlılar Məsihdə səmavi yerlərdə bütün ruhani bərəkətlərlə mübarəkdir, lakin bu, onu Müqəddəs Ruh tərəfindən daxili insanda xüsusi bir işin olması üçün dua etməkdən çəkindirmədi ki, müqəddəslər bütün bu ruhani bərəkətlərin enini, uzunluğunu, dərinliyini və hündürlüyünü anlasınlar.
Rəbb bizi Özünə çağırdığı və günahlarımızın bağışlandığını öyrəndiyimiz, Müqəddəs Ruhla möhürləndiyimiz və beləliklə, işıqda müqəddəslərin payına şərik olmağa layiq görüldüyümüz tariximizdə möhtəşəm bir gün idi; və şöhrətə layiq olmaqda heç bir inkişaf olmasa da, həvari Allahın həqiqi biliyi ilə inkişafı gözləyir (Koloslulara 1:10). Və yenə də, əfsus! Nə qədər kasıb taxıl yığanlar olmuşuq. Məsihin araşdırıla bilməyən zənginliklərinə nə qədər az daxil olmuşuq.
