Şimşon böyük ziddiyyətlər adamıdır. Fiziki cəhətdən çox güclüdür; mənəvi cəhətdən zəifdir, bütün şıltaqlıqlarına boyun əyməyə meyllidir. Zahirən RƏBBə ayrılmışdı; uzun saçları bunu göstərirdi. Amma daxilən ürəyi bölünmüşdü. Bunun sübutu odur ki, o, öz xalqının düşmənini sevir. Özümüzdən soruşmalıyıq ki, zahiri həyatımızda göstərdiklərimiz ürəyimizin vəziyyətinə uyğundurmu. Bədən tərbiyəsi faydasız deyil, lakin Rəbb üçün dəyərli olan şeylər idmanda uğurlar deyil, bu, yalnız özümüzdə qüruru inkişaf etdirir, lakin ehtiraslarımız üzərində gizli qələbələrdir. Saçlarını qısa kəsdirməyən xristian qız zahirən itaətini göstərir. Lakin bu itaət ürəyində də eyni dərəcədə aşkar olmalıdır.
Oxuduğumuz zaman «tunc qapıları sındıran və dəmir qıfılları parçalayan» (Zəbur 107:16) Olanın bir şəklini tapmaqdan da sevinməliyik. Şimşonun Qəzzə qapılarını kökündən çıxarıb güclü çiyinlərində aparması bizə Məsihi düşündürür. O, ölüm bağlarını qırıb və beləliklə, «ölüm qorxusu ilə ömür boyu köləlikdə olanları» (İbranilərə 2:15) azad edib. İndi O, qüdrətlə ölülərdən dirilib və «cəhənnəmin və ölümün açarlarına» (Vəhy 1:18) malikdir.