İnsan və onun məsuliyyəti mövzusuna gəldikdə, hər dəfə tamamilə uğursuzluqla qarşılaşırıq. Süleymanın tarixi bunu bəlkə də başqa heç bir şeydən daha yaxşı nümayiş etdirir. O, günəş altında ən müdrik, ən zəngin, ən güclü idi. O, Allah üçün möhtəşəm bir məbəd tikdi, bənzərsiz bir iş. Lakin insan nə qədər yüksək yerə qoyulsa, onun süqutu bir o qədər səs-küylü olar. Dindar bir adam özünə bir səhvə yol verərsə, bu səhvə öz dindarlığının bütün ağırlığını verir. Bu azğın padşahın bütün İsrailə verdiyi nümunəni nəzərdən keçirək; ondan öz həyatımızda tətbiq olunan dərsi çıxaraq. Yürüşümüz mövqeyimizə uyğun gəlmədikdə, başqaları üçün büdrəmə daşı təşkil edirik.
Allah Süleymanın qocalığında ona qarşı düşmənlər göndərir. Əvvəlcə padşahlığından kənardan Hadad və Rezon; sonra isə içəridən Yeroboam. Lakin biz padşahın RƏBBə dönüb ona «Eşit və bağışla» dediyini görmürük. Halbuki bu, günahlarının nəticəsi olaraq düşmənlərlə üzləşəcək olanlar üçün duasında çəkdiyi yol deyilmiydi?