İncilin yayılmasına mane olmaq üçün Şeytan insanları Pavlusa qarşı qaldırdı. İndi o, yolunu kəsmək üçün təbii maneələrdən istifadə edir.
Bir çox xristian yelkənli gəmiyə bənzəyir: onların gedişi küləyin əsmə istiqamətindən asılıdır. Əgər onları yumşaqca irəli aparan cənub küləyidirsə, hər şey yaxşıdır; onlar cəsarətlə lövbər qaldırırlar (13-cü ayə). Lakin külək əks istiqamətə dönərsə, yavaş-yavaş, çətinliklə üzürlər; irəli gedə bilmirlər (7, 8-ci ayələr) və çətinliklərinə qarşı insan sığınacağı axtarırlar (4-cü ayə). Nəhayət, böyük bir sınağın fırtınalı küləyi qalxdıqda, dayana bilmirlər və sürüklənməyə məcbur olurlar (15-ci ayə). Paroxod hava necə olursa olsun, öz kursunu saxlayacaq. Kaş ki, fəal və möhkəm bir imanla hərəkət edərək, bütün fırtınalara baxmayaraq, həmişə məqsədimizə doğru irəliləyə biləydik!
Hətta dustağına qarşı xeyirxah olsa da, yüzbaşı Pavlusun məsləhətinə deyil, gəmi sahibinin dediklərinə daha çox güvəndi (11-ci ayə). Biz tez-tez Kəlamın və Müqəddəs Ruhun rəhbərliyinə deyil, insanların məsləhətlərinə və fikirlərinə daha çox güvənmirikmi? Bu bizə nə qədər böyük zərər verir (10-cu ayə)!