ASSİZLİ MÜQƏDDƏS FRANSİSK (1181-1226) Fransiskan Ordeninin qurucusu idi. Varlı bir zadəgan ailəsində doğulan Fransisk, 20 yaşlarında ikən dağılmış bir kilsəni təmir etməsini söyləyən bir səs eşitdiyini iddia edir. Atasının dükanından bahalı rəngli pərdələri götürərək, onları qızıl qarşılığında satdı və kilsəyə verməyə çalışdı. Bundan əvvəl atasına dedi ki, özünü Allaha həsr etdiyi üçün artıq onun yurisdiksiyasında deyil. O, özünü «subaylığa» həsr etdi və «Yoxsulluq Xanım» ilə evləndi. Onun «qardaşları» itaət, yoxsulluq və iffət andlarını içdilər və iki-iki gəzərək təbliğ edir və dilənirdilər. Katolik Ensiklopediyası deyir ki, Fransisk seraf mələklərinin bir görüntüsünü gördü və «stiqmata» və ya İsanın görünən yaralarını öz bədənində aldı.
Katolik ədəbiyyatında Fransiskin heyvanlarla qəribə münasibətləri haqqında bir çox hekayələr danışılır. Bir dəfə o, bir kəndin əhalisindən qoyunlarını parçalamış bir canavarı «Qardaş Canavar» adlandıraraq bəsləmələrini xahiş etdi. Başqa bir dəfə o, «kiçik qardaşları quşlara» təbliğ etdi. Fransisk, İnkvizisiyanın qəddar qurucusu Papa III İnnokentdən xeyir-dua aldı. Fransiskanlar və Dominikanlar İnnokentin varislərindən biri, Papa IX Qriqori (1227-1241) tərəfindən İnkvizisiyaya rəhbərlik etmək üçün təyin edildi, onlara Müqəddəs Kitaba inanan xristianları harada tapılarsa, məhv etmək üçün papal səlahiyyət verildi. Onlar yarım minillik ərzində bu işi yaxşı gördülər, böyük bir casus şəbəkəsi qurdular (Katolik ərazilərində təxminən on dörd yaşdan yuxarı bütün vətəndaşlar inkvizisiyanın casusları kimi and içmişdilər və bütün cinayətkarları ifşa etməli idilər), yeganə günahı papanın yalan təliminə boyun əyməkdən imtina etmək olan kişiləri və qadınları tutdular, həbs etdilər, yoxsullaşdırdılar, işgəncə verdilər və yandırdılar.
«Yalançı peyğəmbərlərdən çəkinin, onlar sizə qoyun donunda gəlirlər, lakin daxilən yırtıcı canavarlardır. Onları meyvələrindən tanıyacaqsınız. Tikanlardan üzüm, yaxud qanqalardan əncir yığırlar? Eləcə də hər yaxşı ağac yaxşı meyvə verir; lakin çürük ağac pis meyvə verir. Yaxşı ağac pis meyvə verə bilməz, nə də çürük ağac yaxşı meyvə verə bilməz» (Matta 7:15-18).