«Allahın kəlamını eşidən və onu saxlayanlar mübarəkdir», – Rəbb İsa camaata dedi (Luka 11:28). Bu möhtəşəm zəbur bizə bu xoşbəxtlik və imtiyaz haqqında danışır. Pak olanlar («ürəyi təmiz olanlar», Matta 5:8), Rəbbin şahidliklərindən zövq alanlar və Onun qanunlarından sevinənlər mübarəkdir (16-cı ayə). Lakin Onun əmrlərini diqqətlə saxlayanlar (2, 4, 5, 8-ci ayələr) və onlarda yeriyənlər (1-ci ayə) ikiqat mübarəkdir.
9-cu ayədə ciddi bir sual qaldırılır. Bu, gənc imanlının vicdan əzabları ilə açıq şəkildə ələ salan dünya gəncləri üçün mənasızdır. Lakin sonuncu üçün sual həyati əhəmiyyət kəsb edir: «Gənc bir adam yolunu nə ilə təmizləyəcək?» Cavab dərhal gəlir: «Sənin kəlamına görə ona diqqət yetirməklə.» Pak bir gedişin bu sirrini yadda saxlayaq ki, bizi Allaha qarşı günah işləməkdən (11-ci ayə) və həmçinin öz bədənlərimizə qarşı (1 Korinflilərə 6:18) qoruyaq. Kəlamı ürəklərimizdə gizlətməklə, 9-cu ayə kimi əsas hissələri onlara həkk etməklə, vəsvəsə yarandığı «şər günə» qarşı silahlanmış olacağıq (Efeslilərə 6:13; Efeslilərə 6:17). Çünki əgər biz Onun əmrlərini diqqətlə saxlasaq, sadiq Allahımız bizi eyni diqqətlə qoruyacaq. Qoy Onun kəlamı bizdə bolca yaşasın! (Koloslulara 3:16).
