«Əvvəldə Allahla olan», «Allah olan» Kəlam insanlarla danışmaq və onlara Atanın vəhyini gətirmək üçün yerə endi (Yəhya İncilinin mövzusu). Beləliklə, O, Allahın Hikmətidir. Kəlam Allahla «birlikdə» və ya Onun yanında qalmadı. O, bədənə büründü və insanlar arasında yaşadı (evini qurdu) (Yəhya 1:14) və onları «Gəlin, yeyin . . . için» deyə dəvət edir (müq. Yəhya 6:51; Yəhya 21:12). O, əvvəlcə təravət təklif edir, sonra təlim verir. Rəbb ruhu və ağlı işğal etməzdən əvvəl qəlbi doldurur. Çünki əgər Ona olan sevgi «əmr»lərin biliyindən əvvəl gəlmirsə, biz o əmrləri saxlaya bilməyəcəyik. Bundan əlavə, hikmətin təlimi əvvəldən başlamalıdır, bu da RƏBBİN qorxusudur (10-cu ayə): yəni təlim verən Şəxsin səlahiyyətini hiss etmək. Biz Allahın qarşısında ən böyük hörmətlə davranmalı, Onun hər bir sözünün əhəmiyyətini tanımalıyıq. İncili başqa heç bir şəkildə oxumamalıyıq.
Dünyada başqa bir səs insanları yayındırmağa çalışır: fərasətsizliyin (və günahın) səsi! O, hikmət görünüşünü alır (müq. 4, 16-cı ayələr) və bizə «bir müddət günahın ləzzətlərindən zövq almaq» imkanı təklif edir (İbranilərə 11:25). Lakin qonaqların üzlərinə daha yaxından baxaq. Onun qorxunc ziyafətində . . . ölülər oturur (18-ci ayə; Süleymanın məsəlləri 2:18-19).