Bu dünyada doğulan ilk insan, təəssüf ki, ilk qatil oldu. Biz Adəm və Həvvanın ilk oğlu Qabildən danışırıq. Nə baş verdi? Onun kiçik qardaşı Habil əkinçi olmuş və sürüsü var idi. Qabil Allaha becərdiyi meyvələrin ən yaxşısını təqdim etdi, Allahın bu yer üzərindəki lənəti səbəbindən çox çalışdı (Yar. 3:14–19). Habil sürüsündən, ilk doğulanlardan Allaha qurban gətirdi və onun əla keyfiyyətini göstərən bir hissə yağ da daxil etdi. Allah bundan çox razı qaldı (4:4) və bunu Öz Kəlamında təsdiqlədi (İbr. 11:4). Qabilin qurbanına gəldikdə, Allah günah səbəbindən lənətlədiyi yerdən gələn bir şeyi qəbul edə bilməzdi (Yar. 3:17–19). Qabil qardaşını qısqandı və nəticədə onu öldürdü.
Yaradılış 4 iki çox fərqli “nəsil” təsvir edir: biri öz qardaşını öldürən Qabillə, digəri isə Habilin yerinə gələn Şitlə əlaqəli. Adı “təyin edilmiş” mənasını verən Şit, Habil öldükdən sonra Allahın Adəm və Həvvaya verdiyi başqa bir oğul idi; sonra insanlar Rəbbə dua etməyə başladılar (4:26). Zamanın dolğunluğunda, Şitin nəslindən olan Rəbbimiz İsa, Özünü ali Qurban kimi verdi. Onun vasitəsilə, iman edən hər kəsə əbədi həyat gəlir (Yəh. 3:16).
Yaradılış 1–11 sonrakıların əsasını təsvir edir. Habilin yerinə Şit gəldi, iman edən hər kəsə həyat gətirən Olanın əcdadı. Qabil və onun nəsilləri üsyan və günah içində olan bir dünyanı təmsil edir. Bu gün hər kəs Qabili təmsil edib-etməyəcəyini və ya Allah tərəfindən dünyanın Xilaskarı təyin edilmiş məsum Olanın ölümünü qəbul edib-etməyəcəyini seçməlidir. Rəbbin adına dua etməyin vaxtıdır!
