Daniel və yəhudi xalqı üçün peyğəmbərlik gələcəkdə, gerçəkləşənə qədər möhürlənmişdi (Daniel 12:9). Xristian üçün isə artıq gizli deyil (v. 10). Ona bütün Müqəddəs Kitab başa düşülməsi və inanılması üçün verilmişdir. Rəbb bizə Müqəddəs Kitabı birlikdə oxumağa icazə vermişdir. Qoy O, bizə Müqəddəs Yazıları getdikcə daha dərindən araşdırmağa kömək etsin (Yəhya 5:39). O qayıdanda, qoy bizi Onun Kəlamını saxlayanlar və Onun Adını inkar etməyənlər arasında tapsın (Vəhy 3:8). O Özü bizə İsanın o şirin və misilsiz adını, Onun insanlıq adını bir daha xatırladır: «Mən İsa», Mən «parlaq və səhər ulduzuyam», gələn Odur (v. 16). Biz bir hadisəni deyil, tanıdığımız və sevdiyimiz bir Şəxsi gözləyirik.
«Gəl!» Ruhun bizdə oyatdığı arzudur, buna Onun vədi cavab verir: «Tez gəlirəm» (vv. 7, 12, 20); sonra bu, Gəlinin sevgisi ilə təkrarlanır: «Amin. Elə isə, gəl, Rəbb İsa».
Biz Ona xidmət etmək üçün dəyişdirilmişik: susayanları, istəyən hər kəsi dəvət etmək üçün (v. 17) . . . və Onu gözləmək üçün. Lakin Rəbb bilir ki, həm xidmət etmək, həm də gözləmək üçün bizə Onun bütün lütfü lazımdır (v. 21). Lütf mükəmməl qaynaqdır və bizi «O gələnə qədər» saxlamaq üçün kifayətdir (1 Korinflilərə 11:26-nın sonu).
