Qarşımıza çıxan bu görüntülər şübhəsiz ki, çox qaranlıqdır və gənc Zəkəriyyə üçün də az qaranlıq deyildi. Lakin hər dəfə yeni bir tapmaca təqdim olunduqda o necə davranır? O, səmavi yoldaşını sorğulamaqdan qorxmur. Gəlin onun nümunəsini izləyək. Kəlam üçün marağımız Rəbbə həmişə xoş olacaq. Onun möcüzələrini anlamaq üçün, gəlin Ondan anlayış gözlərimizi açmasını istəyək (Zəbur 119:18; Luka 24:45; 2 Timoteyə 2:7).
İkinci görüntüdəki buynuzlar birincidəki atlara uyğundur: yəni dünyanın böyük imperiyaları, burada gücün xarakterik simvolları kimi görünür (bax Daniel 8:1-27). Allah tərəfindən qaldırılan işçilər (Kür kimi) onların gücünə son qoyacaqlar.
Üçüncü görüntünün mövzusu Yerusəlimin bərpasıdır. Hazırda viran qalmış, divarı dağılmış, qapıları odla yanmış (Nehemya 2:13) şəhər yenidən məskunlaşacaq. Rəbb onların ətrafında od divarı kimi olacaq və onun yoxsul səpələnmiş xalqı orada yenidən təhlükəsizlikdə toplanacaq. Allahın onlara olan sevgisi o qədər böyükdür ki, onlara toxunan hər kəs «Onun gözünün bəbəyinə toxunur» (bax Qanunun təkrarı 32:10). Hər şeydən əvvəl, onların arasında RƏBBin Öz şöhrətində olacağına dair vəd var (5, 10, 11-ci ayələr). Eyni imtiyazlar bizim dövrümüzdə də Allahın övladlarına aiddir.
