Öləndə nə baş verir?
BBC televiziyasının «One Show» proqramının aparıcısı bu yaxınlarda dedi: «Alimlər öləndə nə baş verdiyini bizə deyə bilməzlər.» Bu doğrudurmu? Tibb alimləri əlbəttə bilirlər ki, öləndə nəfəs almağı dayandırırsan və ürəyin səni diri saxlamaq üçün qanını bədəninə vurmağı dayandırır. Və ölüm şəhadətnaməsini imzalayan həkim qanuni olaraq ölümün tibbi səbəbini bildirməlidir.
Lakin başqa mənada aparıcı haqlı idi. Öləndə sənə nə baş verdiyini yalnız fiziki və təbii dünyanı öyrənənlər tam araşdıra bilməzlər. Onlar müşahidə edə bilərlər ki, ölü bir insanın cəsədi ya yandırılır, ya da dəfn edilir, lakin bu qədər! Cəsəd yalnız ölü bir bədəndir – ölmüş insan deyil. Bəs o insana nə baş verib? O, mövcudluğunu dayandırıbmı? Xeyr, Müqəddəs Kitab bizə deyir ki, ölüm ruhu və canı bədəndən ayırır – başqa sözlə, insan hələ də mövcuddur.
Bəs öləndə ruhunuz hara gedir?
Yalnız iki mümkün tale var – ya cənnət, ya da cəhənnəm. İsa Luka müjdəsində (16:19-31) qeyd olunan bir hekayə danışdı, cənnətə gedən Lazar adlı bir adam və cəhənnəmə düşən zəngin bir adam haqqında. Niyə? Çünki Lazarın Allaha imanı var idi və «Musanı və Peyğəmbərləri dinləmişdi», zəngin adam isə dinləməmişdi (16:29). Lazarın taleyi Allahın xilas təminatına olan etibarı ilə müəyyən edildi. Zəngin adam öz taleyini Allahı laqeyd qoymaqla müəyyən etdi. Çox ciddi məsələ ondan ibarət idi ki, ölümdən sonra zəngin adam vəziyyəti dəyişə bilmədi, çünki cəhənnəmdən çıxış yolu yoxdur. O, əbədi əzaba qaldı.
Lazar əbədi həyat qazandı və İsanın olduğu cənnətə getdi. İsa bizə deyir ki, əgər günahlarımızda ölsək, Onun olduğu yerə gedə bilmərik:
«Əgər Mənim O (Xilaskar) olduğuma inanmasanız, günahlarınızda öləcəksiniz» (Yəhya 8:21,24 ESV). Bu sizin seçiminizdir. Necə qərar verəcəksiniz? Sizə daha çox məlumat verə bilərik.
Bu məqalənin istifadəsinə icazə verilmişdir ALIVE! Magazine #226, Scripture Truth Publications.





