S:
Müqəddəs Kitabda Rəbbin o həlakət oğlu (antixrist) aşkar olunana qədər gəlməyəcəyi bildirildiyi üçün, xristianlar antixristlə birlikdə yer üzündə olacaqlarmı, yoxsa yox? (YP konfransının suallar qutusundan)
C:
Müqəddəs Yazılardan başa düşürük ki, sıxıntı dövründə Allaha və Onun xalqına qarşı çıxacaq müxtəlif şəxslər – xüsusilə də antixrist kimi tanınan bu qanunsuz adam (2 Saloniklilərə 2:8) aşkar olunacaq.
Baxmayaraq ki, 1 Yəhya 2:18-də həvari bir çox antixristlərdən – Rəbb İsa Məsihin cismani gəlişini inkar edənlərdən (bax həmçinin 2 Yəhya 7) – danışır, bu, «Allahın məbədində oturub özünü Allah kimi göstərməklə» (2 Saloniklilərə 2:4) onların hamısını üstələyir.
Biz xristianlara gəlincə, o, belə qanunsuz şəkildə hərəkət edəndə biz orada olmayacağıq (bax 1 Saloniklilərə 1:10 və Vəhy 3:10).
O hazırlanarkən biz hələ də yer üzündə ola bilərik.
Çox aydın olsun ki, Rəbb İsa bizim üçün gələndə bütün xristianlar yer üzündən götürüləcəklər (bax 1 Saloniklilərə 4:16, 17). Heç bir xristian sıxıntıdan keçmək üçün geridə qalmayacaq 1 Saloniklilərə 1:10.
Bundan sonra Antixrist sıxıntı səhnəsi üçün aşkar olunacaq. 2 Saloniklilərə 2:3-12
