Fəsil 37 bizi Zedekiyanın dövrünə qaytarır. Sələfindən daha zəif, lakin onun qədər pis olmayan bu padşah da RƏBBİN sözlərinə qulaq asmır. Bu, Yeremya 21:1-14-də olduğu kimi, onu Yeremyaya müraciət etməkdən və ondan kömək istəməkdən çəkindirmir. Çox vaxt biz RƏBBİN bizə demək istədiklərini dinləməkdənsə, Ondan tələblər etməyə daha çox meylliyik. Lakin dualarımıza cavab verməsini istəyiriksə, əvvəlcə Ona itaət etməyə başlayaq! (Yəhya 15:7).
Hadisələr bir anlıq peyğəmbərin bəyan etdiklərinə zidd görünür. Yerusəlimi almaq əvəzinə, Xaldeylər, Misir ordusunun təhdidi altında, mühasirəni qaldırıb getdilər. Şəhər təhlükəsiz görünür. RƏBB Yeremyaya bunun sırf qısa müddətli bir vəziyyət olduğunu xatırladır! Yeremya bundan istifadə edərək məhkum edilmiş şəhəri tərk etməyi düşünür, lakin o tanınır, şahzadələrin qarşısına çıxarılır və xəyanətdə ittiham olunur. Yehoyakim dövründə şahzadələr padşahdan daha çox rəğbət bəsləyirdilər (Yeremya 36:19). Zedekiya dövründə isə əksinədir. Yeremya şahzadələr tərəfindən döyülüb həbs edildikdən sonra, padşah onunla gizli görüş təşkil edir və sonra onun əsirlik şəraitini yaxşılaşdırır.