Beləcə cismani təbiət üzündən gücsüz olan Qanunun edə bilmədiyini Allah etdi: Öz Oğlunu günahlı cismin bənzərində günah qurbanı olaraq göndərib günahı Onun cismi ilə məhkum etdi ki,
Romalilara 8:3
Gündəlik İşıq
Beləcə cismani təbiət üzündən gücsüz olan Qanunun edə bilmədiyini Allah etdi: Öz Oğlunu günahlı cismin bənzərində günah qurbanı olaraq göndərib günahı Onun cismi ilə məhkum etdi ki,
Romalilara 8:3
Qanunda gələcək nemətlərin əsli deyil, kölgəsi var. Buna görə də Qanun ildən-ilə daimi bir surətdə təqdim olunan eyni qurbanlar vasitəsilə Allaha yaxınlaşanları əsla kamil edə bilməz. Əks təqdirdə, bu qurbanların təqdim olunmasına son qoyulardı. Çünki ibadət edənlər birdəfəlik təmizlənəndən sonra artıq günahlarına görə vicdan əzabı çəkməzdilər.
İbrani̇lərə 10:1–2
iman edən hər kəs bu İnsanda saleh sayılacaq.
Həvari̇ləri̇n İşləri̇ 13:39
Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin. Şübhəsiz, O, mələklərə deyil, İbrahim nəslinə yardım edər. Buna görə də O hər cəhətdən qardaşlarına bənzər olmalı idi; belə ki Allaha xidmətində mərhəmətli və sadiq Baş Kahin olub xalqının günahları üçün kəffarə edə bilsin.
İbrani̇lərə 2:14–17
Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub
Romalilara 3:23
Necə ki yazılıb: «Saleh olan yoxdur, Bir nəfər belə, yoxdur.
Romalilara 3:10
Hamısı yoldan azıb, Onlardan fayda yoxdur. Bir nəfər də olsun Yaxşı iş görən yoxdur».
Romalilara 3:12
Doğrudan da, yer üzündə elə saleh adam yoxdur ki, Yalnız yaxşılıq edib heç bir günah etməsin.
Vai̇z 7:20
Fani insan Allah qarşısında necə saleh ola bilər? Qadından doğulan necə təmiz ola bilər?
Əyyub 25:4
Beləliklə, Allahın rahatlıq diyarına girmək vədi hələ də qüvvədə olarkən hər birinizin bundan məhrum olmasından qorxaq.
İbrani̇lərə 4:1
Çünki qanunsuzluqlarımı bilirəm, Günahım daim gözümün qarşısındadır.
Zəbur 51:3
Mən doğulandan bəri günahkaram, Ana bətnindən belə, təqsirkaram.
Zəbur 51:5
Davud Natana dedi: «Mən Rəbbə qarşı günah etdim». Natan Davuda dedi: «Rəbb sənin günahını sildi, ölməyəcəksən.
İki̇nci̇ Şamuel 12:13
əvvəlcədən təyin etdiyi adamları da çağırdı; çağırdığı adamları da saleh saydı; saleh saydığı adamları da izzətləndirdi.
Romalilara 8:30
Biz hamımız niqabsız üzdə Rəbbin ehtişamını əks etdirərək Rəbbin surətində dəyişilirik. Ruh olan Rəbdən yaranan bu ehtişam get-gedə bizdə görünməyə başlayır.
2 Kori̇nfli̇lərə 3:18
Bir şərtlə ki eşitdiyiniz Müjdənin verdiyi ümiddən sarsılmadan, iman əsasında möhkəm və sabit durasınız. Bu Müjdə səma altında olan bütün yaradılışa vəz olundu və mən Paul Müjdənin xidmətçisi oldum.
Kolosseli̇lərə 1:23
Sizə öyüd verdik, ruhlandırdıq və yalvardıq ki, Öz Padşahlığına və izzətinə çağıran Allaha layiq şəkildə həyat sürəsiniz.
1 Saloni̇kli̇lərə 2:12
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax11 apr 2026
10 apr 2026
9 apr 2026
8 apr 2026
7 apr 2026
6 apr 2026
5 apr 2026
Qanun
Allahın qanunu günahımızı və təqsirimizi aşkar edir, lakin bizi Məsihə yönəldir. Yalnız İsa qanunu mükəmməl…

Musa Qanunu
Qanunun məqsədini, məhdudiyyətlərini və xristianların niyə artıq onun məhkumiyyəti altında olmadığını başa…

Allahın sifətləri
Allahın müqəddəsliyinin mahiyyətini, iman edənin Məsihdəki mövqeyi müqəddəsliyini və müqəddəsləşmə yolu ilə…

Məsihçi həyatı
Məsihin xarakterini və iradəsini əks etdirən bir həyatı necə yaşayacağınızı kəşf edin. İsanın yeridiyi kimi…

Qurtuluş
Boğulan bir adama dərslər deyil, xilaskar lazımdır. Ruhani cəhətdən hamı günah edib və onları hökmdən…

Əsaslandırma
İncil “İnsan Allah qarşısında necə saleh ola bilər?” sualına cavab verir. Salehləşdirmə anlayışı günahkar…