Rəbbi var-dövlətinlə, Məhsulunun nübarı ilə şərəfləndir.
Süleymanin Məsəlləri̇ 3:9
Gündəlik İşıq
Rəbbi var-dövlətinlə, Məhsulunun nübarı ilə şərəfləndir.
Süleymanin Məsəlləri̇ 3:9
Yadda saxlayın: az əkən az, bol-bol əkən bol-bol biçəcək.
2 Kori̇nfli̇lərə 9:6
Hər həftənin birinci günü hamınız qazancınıza görə müəyyən miqdarda pul ayırıb saxlayın ki, mən yanınıza gələndə ianə yığmağa ehtiyac qalmasın.
1 Kori̇nfli̇lərə 16:2
Axı Allah ədalətsiz deyil ki, əməlinizi və Onun adı ilə müqəddəslərə əvvəldən və indi də xidmət etməklə göstərdiyiniz məhəbbəti unutsun.
İbrani̇lərə 6:10
Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir.
Romalilara 12:1
Bizi məcbur edən Məsihin məhəbbətidir və bu qənaətə gəlmişik ki, bir Nəfər hamı üçün öldüyünə görə hamı öldü. Bəli, O hər kəs uğrunda öldü ki, qoy yaşayanlar artıq özləri üçün deyil, onlar uğrunda Ölüb-Dirilən üçün yaşasınlar.
2 Kori̇nfli̇lərə 5:14–15
Oranın darvazaları gündüz heç bağlanmayacaq, orada gecə olmayacaq.
Vəhy 21:25
Artıq gündüz günəş sənin işığın olmayacaq, Gecə ay sənə aydınlıq verməyəcək. Çünki Rəbb əbədi nurun, Allahın sənin şöhrətin olacaq.
Yeşaya 60:19
Şəhərin işıqlanması üçün nə günəşə, nə də aya ehtiyacı var, çünki Allahın ehtişamı oranı işıqlandırır, Quzu da oranın çırağıdır.
Vəhy 21:23
Artıq gecə olmayacaq, heç kəsin çıraq və günəş işığına ehtiyacı olmayacaq. Çünki Rəbb Allah onlara işıq verəcək və onlar əbədi olaraq padşahlıq edəcək.
Vəhy 22:5
Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz.
1 Peter 2:9
müqəddəslərin nurda olan irsinə şərik olmanız üçün sizə səlahiyyət verən Ataya sevinclə şükür edəsiniz. O bizi zülmət hakimiyyətindən xilas edib Öz sevimli Oğlunun Padşahlığına köçürtdü.
Kolosseli̇lərə 1:12–13
Siz də bir zamanlar zülmət idiniz, indi isə Rəbdə nursunuz. Ona görə də nur övladları kimi həyat sürün.
Efesli̇lərə 5:8
Axı hamınız nur və gündüz övladlarısınız. Biz nə gecənin, nə də qaranlığın övladlarıyıq.
1 Saloni̇kli̇lərə 5:5
Salehlərin yolu isə dan yeri tək şəfəq saçar, Nurunu artıraraq gündüzə qovuşar.
Süleymanin Məsəlləri̇ 4:18
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
Son günlər
Hamısına bax12 apr 2026
11 apr 2026
10 apr 2026
9 apr 2026
8 apr 2026
7 apr 2026
6 apr 2026
İsa Məsih
Əhdi-Ətiqdə “ulduz” sözü hökmdara işarə etmək üçün məcazi mənada istifadə olunur. Əhdi-Cədiddə “Dan Ulduzu”…

Allahın sifətləri
Allahın müqəddəsliyinin mahiyyətini, iman edənin Məsihdəki mövqeyi müqəddəsliyini və müqəddəsləşmə yolu ilə…

İmanlıların Kahinliyi
Üç Xristian qurbanını kəşf edin: tərif, başqalarına xidmət və bədəninizi diri bir qurban olaraq təqdim etmək.

Yaradılış
Allah göyləri və yeri yaratdı, və Allah dedi: ‘Suların ortasında bir fəza olsun’ (v. 1:20) Allah dedi…

Şükranlıq
Zəbur 136 26 ayədən ibarətdir, hər biri “Onun mərhəməti əbədi davam edir” sözləri ilə bitir və bir neçə dəfə…

Dağüstü vəz
Matta 5-7 Rəbb İsanın Öz ardıcıllarından gözlədiyi həyat standartı ilə bağlı geniş praktik təlimlər toplusunu…