6 noy 2022
Gündəlik İşıq, 7 noyabr: Xeyirxahlığın nə qədər böyükdür!
Gündəlik İşıq
Rəbbə şükür etsinlər məhəbbətinə görə, Bəşər övladlarına göstərdiyi xariqələrinə görə!
Zəbur 107:8
Dadın, görün Rəbb nə qədər şirindir, Nə bəxtiyardır Ona pənah gətirənlər!
Zəbur 34:8
Xeyirxahlığın nə qədər böyükdür! Bunu Səndən qorxanlar üçün saxladın.
Zəbur 31:19
Bu xalqı Mən Özüm üçün yaratdım ki, Mənə həmdlər söyləsin.
Yeşaya 43:21
Öz iradəsinin xoş məramına görə İsa Məsih vasitəsilə bizi əvvəlcədən təyin etdi ki, Özü üçün övladlığa götürsün. Belə ki sevimli Oğlunda bizə bəxş etdiyi Öz lütfünün izzətini mədh edək. qabaqcadan Məsihə ümid bəsləyən bizlər Allahın izzətinin mədhi üçün mövcud olaq.
Efesli̇lərə 1:5–6, 12
Necə yaraşıqlı, necə gözəl olacaqlar!
Zəkəri̇yyə 9:17
Rəbb hamıya xeyirxahlıq edər, Yaratdıqlarının hər birinə mərhəmət göstərər. Ya Rəbb, bütün yaratdıqların Sənə şükür edəcək, Möminlərin Sənə alqış edəcək. Padşahlığının əzəmətindən deyəcəklər, Qüdrətindən danışacaqlar. Qoy bəşər övladları Sənin qüdrətini, Padşahlığının izzətini, əzəmətini bilsin.
Zəbur 145:9–12
Budur, biz dözümlü olanları bəxtiyar hesab edirik.
Yaqub 5:11
Çəkdiyimiz əziyyətlərlə də fəxr edirik, çünki bilirik ki, əziyyətdən dözüm, dözümdən Allaha xoş gəlmə, Allaha xoş gəlmədən ümid yaranır. Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.
Romalilara 5:3–5
Hər tərbiyə isə indiki vaxt sevinc deyil, kədər verən bir şey kimi görünür, amma sonradan bu yolda yetişdirilənlərə salehliyin dinclik səmərəsini hasil edir.
İbrani̇lərə 12:11
Ey qardaşlarım, müxtəlif sınaqlarla üzləşəndə bunu böyük bir sevinc hesab edin. Çünki bilirsiniz ki, imanınızın sınaqdan keçməsi dözüm yaradır. Dözüm də öz əməlini kamil etsin ki, siz yetkin və kamil adamlar olasınız, heç bir çatışmazlığınız olmasın.
Yaqub 1:2–4
Sınağa dözən adam nə bəxtiyardır! Çünki sınaqdan keçəndən sonra Rəbbin Onu sevənlərə vəd etdiyi həyat tacını alacaq.
Yaqub 1:12
Məsihin qüvvəsi məndə məskən salsın deyə zəifliklərimlə daha çox sevinə-sevinə öyünəcəyəm. ... çünki mən zəifləyəndə qüvvətlənirəm.
2 Kori̇nfli̇lərə 12:9–10
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax5 noy 2022
Çixiş 30:23 · Çixiş 30:25
4 noy 2022
1 Peter 1:6 · 1 Peter 4:12–13
3 noy 2022
Huşə 14:9 · 1 Peter 2:7–8
2 noy 2022
1 Saloni̇kli̇lərə 5:15 · 1 Peter 2:21–23
1 noy 2022
Süleymanin Məsəlləri̇ 8:34 · Zəbur 123:2
31 okt 2022
Zəkəri̇yyə 4:6 · Yeşaya 40:13
