28 yan 2023
Gündəlik İşıq, 29 yanvar: Amma Allah sizin ürəyinizi bilir
Gündəlik İşıq
Çünki o söyləmişdi: «Doğrudan da, burada məni görən Allahı gördüm».
Yaradiliş 16:13
Ya Rəbb, məni yoxlayaraq tanıdın, Oturuşumu-duruşumu Özün bilirsən, Fikirlərimi uzaqdan duyursan. Getməyimə, yatmağıma nəzarət edirsən, Nə yollardan keçdiyimi bilirsən. Sözlərimi dilə gətirməmişdən əvvəl, Ya Rəbb, hamısını tamamilə bilirsən. Bu bilik əsrarəngizdir, məndən yüksəkdir, Bunu dərk edə bilmərəm.
Zəbur 139:1–4, 6
Rəbbin gözü hər yerə baxar, Pislərə, yaxşılara nəzər salar.
Süleymanin Məsəlləri̇ 15:3
İnsanların yolları Rəbbin gözü qarşısındadır, Onların hər addımlarını yoxlayır.
Süleymanin Məsəlləri̇ 5:21
Amma Allah sizin ürəyinizi bilir. Çünki insanlar arasında uca tutulan şey Allah qarşısında iyrənclikdir.
Luka 16:15
Çünki Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin.
İki̇nci̇ Salnamələr 16:9
Amma İsa bütün adamların daxilini bildiyi üçün onlara güvənməzdi. Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, çünki insanın ürəyindən keçənləri bilirdi.
Yəhya 2:24–25
Ya Rəbb, Sən hər şeyi bilirsən, Səni sevdiyimi bilirsən.
Yəhya 21:17
Ey Xudavənd Allahım, bütün qəlbimlə Sənə şükür edəcəyəm, Daim ismini izzətləndirəcəyəm.
Zəbur 86:12
Kim ki şükür qurbanı təqdim edir.
Zəbur 50:23
Nə yaxşıdır Rəbbə şükür etmək, Ey Haqq-Taala, isminə tərənnüm söyləmək, Hər səhər məhəbbətini elan etmək, Hər gecə sədaqətini bəyan etmək.
Zəbur 92:1–2
Ey bütün canlı varlıqlar, Rəbbə həmd edin!
Zəbur 150:6
Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir.
Romalilara 12:1
Bunun kimi İsa da Öz qanı ilə xalqı təqdis etmək üçün şəhər darvazasının kənarında əzab çəkdi. Onda İsa vasitəsilə həmişə Allaha həmd qurbanını, yəni Onun adını iqrar edənlərin dilinin bəhrəsi olan sözləri təqdim edək.
İbrani̇lərə 13:12, 15
Həmişə hər şeyə görə Rəbbimiz İsa Məsihin adı ilə Ata Allaha şükür edin.
Efesli̇lərə 5:20
Kəsilmiş Quzu Qüdrəti, sərvəti, hikməti, qüvvəti, Şərəfi, izzəti və alqışı Almağa layiqdir.
Vəhy 5:12
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax27 yan 2023
1 Yəhya 3:5 · İbrani̇lərə 1:1–3
26 yan 2023
İbrani̇lərə 13:13–14 · 1 Peter 4:12–13
25 yan 2023
Romalilara 3:22 · 2 Kori̇nfli̇lərə 5:21
24 yan 2023
Fi̇li̇pi̇li̇lərə 4:5 · 1 Saloni̇kli̇lərə 4:16–18
23 yan 2023
Romalilara 5:5 · Yeşaya 49:23
22 yan 2023
Zəbur 48:14 · Yeşaya 25:1
