29 yan 2023
Gündəlik İşıq, 30 yanvar: Qardaşlar, hesab etmirəm ki, bunu tutmuşam
Gündəlik İşıq
Buna görə bu qədər böyük şahidlər buludu ilə əhatə olunduğumuz üçün biz hər bir yükü və bizi asanlıqla çaşdıran günahı tərk edib qarşımızdakı yarışda dözümlə qaçaq. Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək.
İbrani̇lərə 12:1–2
Əgər bir kəs Mənim ardımca gəlmək istəyirsə, özündən imtina etsin və hər gün çarmıxını götürüb ardımca gəlsin.
Luka 9:23
Eyni tərzdə sizdən hər biriniz bütün əmlakından əl çəkməsə, Mənim şagirdim ola bilməz.
Luka 14:33
Buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək.
Romalilara 13:12
Yarışda iştirak edən hər kəs hər cəhətdən öz nəfsinə hakimdir. Onlar bunu solub gedən dəfnə çələngi almaq üçün edər, biz isə solmaz tac almaq üçün çalışırıq. Lakin bədənimi məcburən özümə qul edirəm ki, başqalarına vəz edəndən sonra mükafatımdan məhrum olmayım.
1 Kori̇nfli̇lərə 9:25, 27
Qardaşlar, hesab etmirəm ki, bunu tutmuşam. Yalnız bir şey edirəm: arxada qalanları unudub qarşımda olana çatmaq üçün cəhd edirəm və hədəfə doğru qaçıram ki, mükafatı alım, yəni Allahın Məsih İsada yuxarıya çağırışına nail olum.
Fi̇li̇pi̇li̇lərə 3:13–14
Gəlin Rəbbi tanıyaq, tanımağa səy edək.
Huşə 6:3
Yaxşı olar ki, insan Boyunduruğunu gənc yaşından daşısın.
Mərsi̇yələr 3:27
Uşağa tərbiyə ver ki, layiqli yol tutsun, O qocalanda da bu yoldan dönməz.
Süleymanin Məsəlləri̇ 22:6
Həm də əgər bizi tərbiyələndirən cismani atalarımıza hörmət ediriksə, ruhani Ataya daha çox tabe olaraq yaşamalı deyilikmi? Atalarımız bizi qısa bir müddətə öz dərk etdikləri kimi tərbiyələndirdilər. Amma Allah Onun müqəddəsliyinə ortaq olaq deyə bizi xeyrimiz üçün tərbiyələndirir.
İbrani̇lərə 12:9–10
Əzaba düşməzdən əvvəl yoldan azırdım, Amma indi mən kəlamına bağlıyam. Çəkdiyim əzabın xeyri mənə bu olub: Sənin qaydalarını öyrənirəm.
Zəbur 119:67, 71
Çünki sizin barənizdə olan fikirlərimi Özüm bilirəm” Rəbb belə bəyan edir. “Mən sizin pisliyiniz deyil, salamatlığınız barədə düşünürəm ki, sizə ümidli bir gələcək verim.
Yeremya 29:11
Allahın qüdrətli əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq.
1 Peter 5:6
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax28 yan 2023
Qanunun Təkrari 33:25 · Mark 13:11
27 yan 2023
1 Yəhya 3:5 · İbrani̇lərə 1:1–3
26 yan 2023
İbrani̇lərə 13:13–14 · 1 Peter 4:12–13
25 yan 2023
Romalilara 3:22 · 2 Kori̇nfli̇lərə 5:21
24 yan 2023
Fi̇li̇pi̇li̇lərə 4:5 · 1 Saloni̇kli̇lərə 4:16–18
23 yan 2023
Romalilara 5:5 · Yeşaya 49:23
