Yeyib-doyanda sizə verdiyi gözəl torpağa görə Allahınız Rəbbə həmd edəcəksiniz. Ehtiyatlı olun ki, Allahınız Rəbbi unutmayasınız. Bu gün sizə buyurduğum Rəbbin əmr, hökm və qaydalarına riayət edin.
QANUNUN TƏKRARI 8:10-11
Gündəlik İşıq

Onlardan biri isə sağaldığını görəndə uca səslə Allahı izzətləndirərək qayıtdı. O üzüstə İsanın ayaqlarına düşərək Ona təşəkkür etdi. Bu adam Samariyalı idi. Onda İsa dedi: «Pak olanlar on nəfər deyildimi? Bəs qalan doqquz adam haradadır? Bu yadellidən savayı geri dönüb Allaha izzət verən olmadımı?»
LUKA 17:15-18
Çünki Allahın yaratdığı hər şey yaxşıdır, şükürlə qəbul edilən heç bir şey rədd edilməməlidir. Çünki hər şey Allahın kəlamı və dua ilə təqdis olur.
1 TİMOTEYƏ 4:4-5
Bir günü fərqləndirən adam onu Rəbb üçün fərqləndirir. Yeyən Rəbb üçün yeyir, çünki Allaha şükür edir. Yeməyən də Rəbb üçün yemir və Allaha şükür edir.
ROMALILARA 14:6
Rəbbin xeyir-duası insana sərvət gətirər, Daha ona qüssə verməz.
SÜLEYMANIN MƏSƏLLƏRİ 10:22
Rəbbə alqış et, ey könlüm, Ey bütün varlığım, Onun müqəddəs adına alqış et! Rəbbə alqış et, ey könlüm, Unutma etdiyi yaxşılıqları: Odur bütün təqsirlərini əfv edən, Bütün xəstəliklərinə şəfa verən. Odur həyatını məzara düşməkdən qurtaran, Məhəbbətin, mərhəmətin tacını başına qoyan.
ZƏBUR 103:1-4
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
6 fev 2023
1 Timothy 1:14
5 fev 2023
John 10:10
4 fev 2023
Deuteronomy 17:16
3 fev 2023
Haggai 2:4
2 fev 2023
1 Chronicles 4:10
1 fev 2023
1 Peter 1:8
31 yan 2023
Numbers 33:55

Valideynlik
Xristian valideynlərin uşaqlarına nisbiliklə mübarizə apararaq Müqəddəs Kitab dəyərlərini necə effektiv…
İsa Məsih
Matta İncili Əhdi-Ətiq peyğəmbərliyini lütfün yeni dövrü ilə əlaqələndirərək, İsa Məsihi İsrailin vəd edilmiş…
İbadət
Əsl ibadətin ritual və formadan kənar nə demək olduğunu kəşf edin. Təslimiyyət ürəyinin və xidmət həyatının…
Allahla münasibət
Ruhunuz, bədəniniz və canınız vasitəsilə Allahla canlı, şən və həssas bir münasibət qurun.
İqlim
El Nino İsa Məsihin gəlişinə müxtəlif reaksiyaları əks etdirən müxtəlif qlobal təsirlər gətirir. Məsih…
Rəbbin Süfrəsi
Yeni Əhiddəki “çörək kəsmək” ifadəsi həm Rəbbin Süfrəsinə, həm də adi bir yeməyə aid ola bilər.