5 fev 2023
Gündəlik İşıq, 6 fevral: Parlaq Dan Ulduzuyam (Vəhy 22:16)
Gündəlik İşıq
Amma Rəbbimizin lütfü Məsih İsada olan iman və məhəbbətlə birlikdə mənə bol-bol ehsan edildi.
1 Ti̇moteyə 1:14
Rəbbimiz İsa Məsihin lütfündən xəbərdarsınız: siz Onun yoxsulluğu vasitəsilə varlı olasınız deyə Özü varlı olduğu halda sizin uğrunuzda yoxsullaşdı.
2 Kori̇nfli̇lərə 8:9
Lakin günah çoxalan yerdə Allahın lütfü daha da çoxaldı.
Romalilara 5:20
Bunu Məsih İsada bizə etdiyi xeyirxahlıqla lütfünün hədsiz zənginliyini gələcək dövrlərdə də göstərmək üçün etdi. Əməllərlə deyil ki, heç kim öyünə bilməsin.
Efesli̇lərə 2:7, 9
Lakin biz bilirik ki, insan Qanuna əməl etməklə deyil, yalnız İsa Məsihə iman etməklə saleh sayılır. Biz də Məsih İsaya iman etdik ki, Qanuna əməl etməklə deyil, Məsihə olan imanla saleh sayılaq. Çünki Qanuna əməl etməklə heç bir insan saleh sayılmaz.
Qalati̇yalilara 2:16
Bizim salehliklə etdiyimiz əməllərlə deyil, Öz mərhəmətinə görə bizi xilas etdi. Bunu bizi yumaqla, yəni Müqəddəs Ruhun bizi yenidən doğuzdurub təzələməsi ilə etdi. Allah Xilaskarımız İsa Məsih vasitəsilə üzərimizə bol-bol Müqəddəs Ruhu tökdü ki.
Ti̇tə 3:5–6
Parlaq Dan Ulduzuyam.
Vəhy 22:16
Amma yaxından deyil. Yaqubdan bir ulduz çıxacaq.
Saylar 24:17
Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək.
Romalilara 13:12
Gün sərinləşənəcən, kölgələr düşənəcən, Ey sevgilim, geri qayıt, Şişuclu dağların qoynunda olan Ahuya, maral balasına bənzərsən.
Nəğmələr Nəğməsi̇ 2:17
Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?» Gözətçi cavab verdi: «Səhərin açılmağına az qalıb, Lakin yenə gecə gələcək. Soruşmaq istəsəniz, yenə gəlin soruşun.
Yeşaya 21:11–12
Sonra İsa yenə xalqa dedi: Dünyanın nuru Mənəm.
Yəhya 8:12
Bunu Atamdan necə aldımsa, eləcə də ona verəcəyəm. Dan ulduzunu da ona verəcəyəm.
Vəhy 2:28
Ehtiyatlı olun, oyaq olun. Çünki bilmirsiniz ki, o an nə vaxt gələcək. Bu, səyahətə çıxan bir adama bənzəyir. Evindən ayrılarkən qullarına səlahiyyət verir və hərəsinə bir iş tapşırır. Qapı nəzarətçisinə də əmr edir ki, oyaq olsun. Ona görə də oyaq olun. ... Qoy o qəfil gəlib sizi yatan görməsin. Sizə söylədiklərimi hamıya deyirəm, oyaq olun!
Mark 13:33–37
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax4 fev 2023
Qanunun Təkrari 17:16 · İbrani̇lərə 11:15–16
3 fev 2023
Haqqay 2:4 · Yəhya 15:5
2 fev 2023
Bi̇ri̇nci̇ Salnamələr 4:10 · Luka 22:46
1 fev 2023
1 Peter 1:8 · 2 Kori̇nfli̇lərə 5:7
31 yan 2023
Saylar 33:55 · 1 Ti̇moteyə 6:12
30 yan 2023
İbrani̇lərə 12:1–2 · Luka 9:23
