14 fev 2023
Gündəlik İşıq, 15 fevral: Kim deyər ki, qəlbimi təmizləmişəm
Gündəlik İşıq
Kim deyər ki, qəlbimi təmizləmişəm.
Süleymanin Məsəlləri̇ 20:9
Rəbb göylərdən bəşər övladına baxır. Görəsən Allahı dərk edən, Onu axtaran varmı? Hamı birgə pozulub, namus əldən gedib, Bir nəfər də olsun yaxşı iş görən yoxdur.
Zəbur 14:2–3
Həmçinin cismani təbiətdə olanlar Allahı razı sala bilməz.
Romalilara 8:8
Çünki yaxşı şey etmək istəyi məndə var, amma onu yerinə yetirməyə qadir deyiləm. İstədiyim yaxşı şeyi etmirəm, amma istəmədiyim pis şeyi edirəm.
Romalilara 7:18–19
Hamımız elə bil ki murdarlandıq, Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir. Hamımız yarpaq kimi soluruq, Şər əməllərimiz bizi külək tək sovurub-aparır.
Yeşaya 64:6
Lakin Müqəddəs Yazı bütün kainatı günahın əsiri elan etdi ki, İsa Məsihə olan imanla vəd olunan şeylər iman edənlərə verilsin.
Qalati̇yalilara 3:22
Belə ki Allah insanların təqsirlərini onların əleyhinə qoymayaraq dünyanı Məsihdə Özü ilə barışdırmaqda idi.
2 Kori̇nfli̇lərə 5:19
Əgər günahsız olduğumuzu iddia ediriksə, özümüzü aldadırıq və daxilimizdə həqiqət yoxdur. Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək.
1 Yəhya 1:8–9
Uğuldayan sellər çağlayır.
Zəbur 93:3
Gur suların uğultusundan da, Dənizin güclü dalğalanmasından da, Ucalarda olan Rəbb qüdrətlidir!
Zəbur 93:4
Ya Rəbb, Ordular Allahı, Sənin tək qüdrətli varmı? Səni sədaqətin bürüyüb. Sən qabaran dənizə hökm edirsən, Aşıb-daşan dalğaları yatırırsan.
Zəbur 89:8–9
Məndən qorxmursunuzmu?» Rəbb belə bəyan edir. «Mənim qarşımda titrəmirsinizmi? Axı Mən əbədi qayda ilə Dəniz üçün qumu sərhəd qoydum.
Yeremya 5:22
Dərin sulardan keçsən belə, Mən səninlə olacağam, Çaylardan keçəndə batmayacaqsan.
Yeşaya 43:2
Peter də qayıqdan çıxıb suların üstü ilə yeridi və İsaya tərəf getdi. Amma küləyin güclü əsdiyini görəndə qorxdu və batmağa başladı. «Ya Rəbb, məni xilas et!» deyə qışqırdı. İsa o anda əlini uzadıb onu tutdu və dedi: «Ey imanı az olan adam, nə üçün şübhə etdin?»
Matta 14:29–31
Bu dəhşətli gündə Mən yalnız Sənə güvənirəm.
Zəbur 56:3
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax13 fev 2023
Yezekel 1:26 · 1 Ti̇moteyə 2:5
12 fev 2023
Malaki̇ 3:17 · Yəhya 17:6
11 fev 2023
Malaki̇ 3:16 · Luka 24:15
10 fev 2023
Luka 11:34 · 1 Kori̇nfli̇lərə 2:14
9 fev 2023
Luka 16:25 · Yeşaya 60:20
8 fev 2023
Yəhya 15:15 · Yaradiliş 18:17
