4 mar 2023
Gündəlik İşıq, 5 mart: Sən məni əlçatmaz bir qayaya apar
Gündəlik İşıq
Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!
Yeşaya 38:14
Ey göylərdəki taxtında Oturan, Gözlərimi Sənə dikmişəm. Ağasının əlinə baxan qul kimi, Xanımının əlinə baxan kəniz tək Biz də Allahımız Rəbbə göz dikmişik.
Zəbur 123:1–2
Ey Allah, fəryadımı eşit, Duamı dinlə. Düşkünlük qəlbimi alıb, Mən dünyanın ucqarından Səni çağırıram. Sən məni əlçatmaz bir qayaya apar. Çünki Sən mənim pənahgahımsan, Düşmənə qarşı möhkəm qülləsən. Qoy sonsuzadək çadırında yaşayım, Qanadlarının altında pənah tapım.
Zəbur 61:1–4
Çünki Sən yoxsula sığınacaq, Sıxıntı içində olan fəqirə pənahgah, Fırtına vaxtı çardaq.
Yeşaya 25:4
Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz. O heç bir günah etmədi, Ağzından hiylə sözü çıxmadı. Onu söydülər, O isə cavabında söymürdü, Əzab çəkərək heç kimi hədələmirdi, Əksinə, ədalətli Hakimə Özünü təslim etdi.
1 Peter 2:21–23
İman uğrunda yaxşı mübarizə apar.
1 Ti̇moteyə 6:12
Hər tərəfdən əziyyət çəkirdik. Bayırda çəkişmələr, daxildə qorxular var idi.
2 Kori̇nfli̇lərə 7:5
Qorxma, çünki bizimlə olanlar onlarla olanlardan çoxdur.
İki̇nci̇ Padşahlar 6:16
Rəbdə və Onun böyük qüvvəsində möhkəmlənin.
Efesli̇lərə 6:10
Sən mənim üstümə qılınc, nizə və mizraqla gəlirsən, lakin mən sənin üstünə söydüyün İsrail alaylarının Allahı Ordular Rəbbinin ismi ilə gəlirəm.
Bi̇ri̇nci̇ Şamuel 17:45
Allah qalamdır, mənə qüvvət verər ... Əllərimə döyüş təlimi verər, Qollarım tunc kamanı dartar.
İki̇nci̇ Şamuel 22:33, 35
Bizə qabiliyyət verən Allahdır.
2 Kori̇nfli̇lərə 3:5
Rəbdən qorxanları Onun mələyi müdafiə edər, Onlara zəfər verər.
Zəbur 34:7
Dağ odlu atlar və döyüş arabaları ilə doludur. Onlar Elişanı əhatəyə almışdı.
İki̇nci̇ Padşahlar 6:17
Gideon, Baraq, Şimşon, İftah ... İman vasitəsilə onlar padşahlıqları məğlub etdilər ... zəiflikdən qüvvətləndilər, döyüşdə güclü oldular, yadellilərin ordularını qovdular.
İbrani̇lərə 11:32–34
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax3 mar 2023
Süleymanin Məsəlləri̇ 3:5–6 · Zəbur 62:8
2 mar 2023
Yaradiliş 41:52 · 2 Kori̇nfli̇lərə 1:3–5
1 mar 2023
Qalati̇yalilara 5:22 · 1 Yəhya 4:16
28 fev 2023
Yəhya 3:16 · 2 Kori̇nfli̇lərə 5:18–21
27 fev 2023
Romalilara 6:11 · Yəhya 5:24
26 fev 2023
Mərsi̇yələr 3:40 · Zəbur 26:2
