25 fev 2023
Gündəlik İşıq, 26 fevral: Qoy yollarımıza diqqətlə baxaq
Gündəlik İşıq
Qoy yollarımıza diqqətlə baxaq, Rəbbə yenidən üz tutaq.
Mərsi̇yələr 3:40
Ya Rəbb, məni sınaqdan keçir, Sən məni imtahan et, Qəlbimi, fikirlərimi saf et.
Zəbur 26:2
Sənsə ürəkdə düzlüyün olmasını istəyirsən, Mənə daxilən hikmət öyrət.
Zəbur 51:6
Tutduğum yollara nəzər salmışam, Hər addımımı göstərişlərinə tərəf yönəltmişəm. Əmrlərinə bağlanmaq üçün tələsirəm, Bunun üçün ləngimirəm.
Zəbur 119:59–60
Bunun əvəzinə qoy insan özünü yoxlasın və sonra bu çörəkdən yeyib bu kasadan içsin.
1 Kori̇nfli̇lərə 11:28
Amma günahlarımızı etiraf ediriksə, Allah sadiq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək.
1 Yəhya 1:9
Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir.
1 Yəhya 2:1
Beləliklə, ey qardaşlar, İsanın qanı sayəsində Ən Müqəddəs yerə daxil olmağa cəsarətimiz çatır. O bizə pərdədən, yəni Öz cismindən keçən yeni və canlı bir yol açmışdır. Həm də O, Allahın evi üçün cavabdeh olan böyük bir Kahinimizdir. Ona görə ürəklərimiz pis vicdandan paklanmış, bədənlərimiz də təmiz su ilə yuyulmuş halda imanın tam etimadı ilə, səmimi qəlblə Allaha yaxınlaşaq.
İbrani̇lərə 10:19–22
Taxtın ətrafında da görünüşcə zümrüdə bənzəyən göy qurşağı var idi.
Vəhy 4:3
Allah yenə dedi: «Mənim sizinlə və sizinlə olan bütün canlılarla əbədi olaraq bağladığım əhdin əlaməti budur: buludda Öz göy qurşağımı qoyuram ki, Mənimlə yer üzü arasında olan əhdin əlaməti olsun ... Mən Allah onu görüb yer üzündə yaşayan bütün canlı məxluqlarla bağladığım əbədi əhdi yada salacağam».
Yaradiliş 9:12–13, 16
Çünki O mənimlə əbədi əhd bağladı, Kamil və tam təminatlı əhd bağladı.
İki̇nci̇ Şamuel 23:5
Belə ki qarşımıza qoyulan ümidə bağlanmaq üçün Allaha sığınan bizlər Allahın bunlarda yalan danışması qeyri-mümkün olduğuna görə iki dəyişilməz şeydə – Onun vəd və andında böyük təsəlliyə malik olaq.
İbrani̇lərə 6:18
Biz indi sizə bu Müjdəni bəyan edirik: ata-babalarımıza verilən vəd həyata keçib, Allah İsanı diriltməklə bu vədi onların övladları olan bizlər üçün yerinə yetirib.
Həvari̇ləri̇n İşləri̇ 13:32–33
İsa Məsih dünən, bu gün və əbədi olaraq eynidir.
İbrani̇lərə 13:8
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax24 fev 2023
Yezekel 36:37 · Yaqub 4:2
23 fev 2023
İbrani̇lərə 12:24 · Yəhya 1:29
22 fev 2023
Zəbur 25:12 · Matta 6:22
21 fev 2023
Levi̇li̇lər 20:8 · Levi̇li̇lər 20:24
20 fev 2023
Yeşaya 53:11 · Yəhya 19:30
19 fev 2023
Süleymanin Məsəlləri̇ 2:6 · Süleymanin Məsəlləri̇ 3:5
