9 mar 2023
Gündəlik İşıq, 10 mart: İbrahim o yeri Yahve-İre adlandırdı
Gündəlik İşıq
İbrahim o yeri Yahve-İre adlandırdı; buna görə də indiyə qədər belə deyilir: «Rəbbin dağında hazırlanacaq».
Yaradiliş 22:14
Yandırma qurbanı olacaq quzunu Allah Özü hazırlayacaq.
Yaradiliş 22:8
Ah, Rəbbin əli qısa deyil ki, xilas edə bilməsin, Qulağı kar deyil ki, eşidə bilməsin.
Yeşaya 59:1
Qurtarıcı Siondan gələcək, Yaqub nəslindən allahsızlığı uzaqlaşdıracaq.
Romalilara 11:26
Nə bəxtiyardır Yaqubun Allahından kömək alan, Yalnız Allahı Rəbbə ümid bağlayan insan!
Zəbur 146:5
Rəbbin gözü Ondan qorxanlara, Onun məhəbbətinə ümid bağlayanlara baxar. İstəyir ki, onları ölümdən qurtarsın.
Zəbur 33:18–19
Sizin hər ehtiyacınızı isə Allahım Məsih İsada olan Öz izzətli zənginliyinə görə ödəyəcək.
Fi̇li̇pi̇li̇lərə 4:19
Səni heç vaxt atmaram, səni heç vaxt tərk etmərəm». Buna görə biz arxayınlıqla deyirik: «Rəbb mənə yardım edəndir, heç qorxmaram. İnsan mənə nə edə bilər?
İbrani̇lərə 13:5–6
Rəbb qalam, sipərimdir! Qəlbim Ona güvənəndə köməyimə çatır. Sevincdən qəlbim cuşa gəlir, İlahilərimlə Ona şükür edirəm.
Zəbur 28:7
Sürüsünü zanbaqlıq içərisində otarır.
Nəğmələr Nəğməsi̇ 2:16
Çünki harada iki və ya üç nəfər Mənim adımla yığılarsa, Mən də orada, onların arasındayam.
Matta 18:20
Kim Məni sevsə, sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq.
Yəhya 14:23
Əgər əmrlərimə riayət etsəniz, Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun məhəbbətində qalıram.
Yəhya 15:10
ətrini hər yana versin. Sevgilim öz bağçasına gəlsin, Seçmə meyvələrdən yesin. Ay həmdəmim, ay gəlin! Öz bağçama girmişəm, Ətriyyatlarımla mirramı yığmışam. Şanı balını – öz balımı yemişəm.
Song of Solomon 4:16; 5:1
Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət, sevinc, sülh, səbir, xeyirxahlıq, yaxşılıq, sədaqət, həlimlik, nəfsə hakim olmaq.
Qalati̇yalilara 5:22–23
Sizin çoxlu bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir.
Yəhya 15:8
Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin.
Yəhya 15:2
Siz Məsihin zühur edəcəyi gün pak və nöqsansız, Allahın izzəti və mədhi üçün İsa Məsihdən gələn salehlik bəhrələri ilə dolu olmaq üçün ən ali dəyərləri ayırd edə biləsiniz.
Fi̇li̇pi̇li̇lərə 1:11
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax8 mar 2023
Yeşaya 38:17 · Mi̇keya 7:18–19
7 mar 2023
Yeşaya 54:5 · Efesli̇lərə 5:32
6 mar 2023
Süleymanin Məsəlləri̇ 2:8 · Qanunun Təkrari 1:32–33
5 mar 2023
Yeşaya 38:14 · Zəbur 123:1–2
4 mar 2023
Kolosseli̇lərə 3:2 · 1 Yəhya 2:15
3 mar 2023
Süleymanin Məsəlləri̇ 3:5–6 · Zəbur 62:8
