Çəkdiyim əzab-əziyyətim mənim xeyrimə oldu. Sən sevginlə canımı qəbirdən qurtardın, Bütün günahlarımı aradan götürdün.
YEŞAYA 38:17
Gündəlik İşıq

Çəkdiyim əzab-əziyyətim mənim xeyrimə oldu. Sən sevginlə canımı qəbirdən qurtardın, Bütün günahlarımı aradan götürdün.
YEŞAYA 38:17
Sağ qalan xalqının cəzasını aradan götürən, Üsyankarlığını bağışlayan Sənin kimi Allah varmı? Qəzəbini əbədi saxlamazsan, Çünki məhəbbət göstərməyi xoşlayırsan. Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən, Bütün günahlarımızı Dənizin dərinliklərinə atacaqsan.
MİKEYA 7:18-19
Bir anlığa səni tərk etdim, Amma böyük rəhmlə geri qəbul edəcəyəm. Bir anlığa qızğın qəzəblə səndən üzümü döndərdim, Lakin əbədi məhəbbətimlə sənə rəhm edəcəyəm». Bunu səni Satınalan, Rəbb deyir.
YEŞAYA 54:7-8
«Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını “Rəbbi tanıyın” deyib öyrətməyəcək. Ona görə ki böyükdən kiçiyə qədər hamı Məni tanıyacaq. Çünki təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam» Rəbb belə bəyan edir.
YEREMYA 31:34
Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır! Rəbb tərəfindən təqsirkar sayılmayan, Qəlbində hiylə olmayan insan Nə bəxtiyardır!
ZƏBUR 32:1-2
Amma O, nurda olduğu kimi biz də nurda gəziriksə, onda bir-birimizlə şərikliyimiz var və Onun Oğlu İsanın qanı bizi hər günahdan təmizləyir.
1 YƏHYA 1:7
Müqəddəs Yazı seçmələri Daily Light on the Daily Path-dan (ictimai mülkiyyət).
7 mar 2023
Isaiah 54:5
6 mar 2023
Proverbs 2:8
5 mar 2023
Isaiah 38:14
4 mar 2023
Colossians 3:2
3 mar 2023
Proverbs 3:5-6
2 mar 2023
Genesis 41:52
1 mar 2023
Galatians 5:22

Təmizlənmə
Fiziki yuyunma analogiyasından istifadə edərək, bu məqalə İsa Məsih vasitəsilə günahdan ruhani təmizlənmənin…
Peyğəmbərlik
İsrailin gələcək iki məbədi haqqında Müqəddəs Kitab peyğəmbərliklərini araşdırın: Böyük Sıkıntı Məbədi və…
Ruhani İnkişaf
Çətin bir dağ dırmaşmasının xristian gəzintisini necə təsvir etdiyini kəşf edin. Allahla iman səyahətinizdə…

Təmizlənmə
Fiziki yuyunma analogiyasından istifadə edərək, bu məqalə İsa Məsih vasitəsilə günahdan ruhani təmizlənmənin…

Peyğəmbərlik
İsrailin gələcək iki məbədi haqqında Müqəddəs Kitab peyğəmbərliklərini araşdırın: Böyük Sıkıntı Məbədi və…
Qurtuluş
Heç kəs öz gücünə cənnət üçün kifayət qədər yaxşı deyil. İsa Məsihin qurbanının bizi günahdan necə…
Qurtuluş
Bir çoxları cənnətə doğru yolda olduqlarına inanırlar, lakin yalnız İsa Yoldur. İsa Məsihə güvənməyin əbədi…
Əsaslandırma
İsa Məsih vasitəsilə imanla necə saleh sayıla biləcəyinizi, günahların bağışlanmasını və Allahla sülhü necə…