31 mar 2023
Gündəlik İşıq, 1 aprel: Müqəddəs Ruhun səmərəsi isə budur
Gündəlik İşıq
Müqəddəs Ruhun səmərəsi isə budur: məhəbbət.
Qalati̇yalilara 5:22
Sülh və sevincdən ibarətdir.
Romalilara 14:17
Lakin Ona iman edib təsvirolunmaz və izzətli sevinclə hədsiz sevinirsiniz.
1 Peter 1:8
Sanki kədər içindəyik, əslində həmişə sevinirik. ... təsəllim bol, sevincim hədsizdir.
2 Corinthians 6:10; 7:4
Çəkdiyimiz əziyyətlərlə də fəxr edirik.
Romalilara 5:3
Gözümüzü imanımızın Banisi və Kamilləşdiricisi olan İsaya dikək. O, qarşısına qoyulan sevincə görə rüsvayçılığı heç sayıb çarmıxa çəkilməyə tab gətirdi və Allahın taxtının sağında oturdu.
İbrani̇lərə 12:2
Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz kamil olsun.
Yəhya 15:11
Çünki Məsihin əzablarını necə böyük həcmdə çəkiriksə, Məsih vasitəsilə o cür böyük təsəlli də tapırıq.
2 Kori̇nfli̇lərə 1:5
Rəbdə həmişə sevinin! Bir də deyirəm: sevinin!
Fi̇li̇pi̇li̇lərə 4:4
Çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir.
Nehemya 8:10
Doyunca sevinc Sənin hüzurundadır, Sağ əlində hər zaman səadət var.
Zəbur 16:11
Çünki taxtın ortasında olan Quzu Onların Çobanı olacaq, Onları həyat suyunun qaynaqlarına aparacaq, Allah onların bütün göz yaşlarını siləcək.
Vəhy 7:17
Gideon orada Rəbbə bir qurbangah düzəltdi və onun adını Yahve-Şalom qoydu. Bu qurbangah bu günə qədər Aviezerlilərin Ofra şəhərindədir.
Haki̇mlər 6:24
Sənin bir oğlun olacaq. O, dinc yaşayacaq, onu ətrafındakı bütün düşmənlərindən qoruyacağam. Onun adı Süleyman olacaq. Onun dövründə İsrailə sülh və əmin-amanlıq verəcəyəm.
Bi̇ri̇nci̇ Salnamələr 22:9
Süleymandan daha böyük Olan buradadır.
Matta 12:42
Çünki bizim üçün körpə doğuldu, Bizə oğul verildi, Hakimiyyət onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq.
Yeşaya 9:6
Xalqım əmin-amanlıq içində evlərində, Təhlükəsiz məskəndə, rahat yerlərdə yaşayacaq. Dolu meşələrə düşsə də, Şəhər yerlə yeksan olsa da.
Yeşaya 32:18–19
Çünki Məsih Özü barışığımızdır.
Efesli̇lərə 2:14
Xalq onun bəxş etdiyi sülhlə yaşayacaq. Əgər Aşşurlular ölkəmizə gələrsə, Qalalarımıza ayaq açarlarsa, Onlara qarşı başçılarımız – Xalqımızdan olan çoxlu rəhbərlərimiz çıxar.
Mi̇keya 5:5
Onlar Quzu ilə döyüşəcəklər, lakin Quzu onlara qalib gələcək. Çünki O, ağaların Ağası, padşahların Padşahıdır və Onunla birgə olanlar da çağırılmış.
Vəhy 17:14
Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə verirəm.
Yəhya 14:27
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax30 mar 2023
Yaradiliş 24:63 · Zəbur 19:14
29 mar 2023
Matta 25:34 · Luka 12:32
28 mar 2023
Yeşua 1:18 · Zəbur 27:1
27 mar 2023
Süleymanin Məsəlləri̇ 11:18 · Matta 25:19–21
26 mar 2023
Matta 2:14–15 · Romalilara 6:16
25 mar 2023
İbrani̇lərə 13:5–6 · Yaradiliş 28:15
