27 mar 2023
Gündəlik İşıq, 28 mart: Yalnız sən möhkəm və cəsarətli ol
Gündəlik İşıq
Yalnız sən möhkəm və cəsarətli ol.
Yeşua 1:18
Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum? Rəbdir ömrümün qalası, Mən kimdən vahimələnim?
Zəbur 27:1
O, yorğunlara güc verər, Taqətsizlərin qüvvətini artırar. Hətta cavanlar yorular, taqətdən düşər, İgidlər əldən düşüb titrəyər. Rəbbə ümid bağlayanlarsa Yeni qüvvət alar, Qanad açıb qartal kimi yüksəklərə uçar, Qaçanda taqətdən düşməzlər, Yol gedib yorulmazlar.
Yeşaya 40:29–31
Cismim və ürəyim taqətdən düşsə belə, Daim, ey Allah, qəlbimin qüvvəti, nəsibimsən.
Zəbur 73:26
Əgər Allah bizimlədirsə, kim bizə qarşı dura bilər?
Romalilara 8:31
Rəbb mənimlədir, heç qorxmaram. İnsan mənə nə edə bilər?
Zəbur 118:6
Köməyinlə düşmənlərimizi devirək, İsminlə əleyhdarlarımızı əzək.
Zəbur 44:5
Lakin bizi Sevənin vasitəsilə bütün bunlarda tam qələbə qazanırıq.
Romalilara 8:37
Onların sayı-hesabı yoxdur. Buyur, işə başla, Rəbb sənə yar olsun.
Bi̇ri̇nci̇ Salnamələr 22:16
Dostumuz Lazar uyuyub.
Yəhya 11:11
Qardaşlar, vəfat edənlər haqqında bixəbər qalmağınızı istəmirik ki, ümidsiz olan digər adamlar kimi kədərlənməyəsiniz. Axı İsanın ölüb-dirilməsinə inanırıqsa, demək İsaya bağlanaraq vəfat edənləri də Allah Onunla birgə qaytaracaq.
1 Saloni̇kli̇lərə 4:13–14
Çünki əgər ölülər dirilməzsə, Məsih də dirilməyib. Əgər Məsih dirilməyibsə, imanınız da əbəsdir, siz hələ günahlarınızın içindəsiniz. Onda Məsihdə vəfat edənlər əbədilik öldülər. Əslində Məsih ölülər arasından, vəfat edənlərin ilki olaraq dirildi.
1 Kori̇nfli̇lərə 15:16–18, 20
Bütün millət tamamilə İordan çayını keçəndən sonra Rəbb Yeşuaya dedi ... buradan, İordan çayının ortasından, kahinlərin ayaqlarının möhkəm durduğu yerdən on iki daş götürsünlər ... Bu daşlar İsrail övladlarına əbədi bir xatirə olacaq.
Yeşua 4:1, 3, 7
Allah bu İsanı ölümdən diriltdi və hamımız buna şahid olduq.
Həvari̇ləri̇n İşləri̇ 2:32
Öz əvvəlcədən seçdiyi şahidlərə – ölülər arasından dirilməsindən sonra Onunla birlikdə yeyib-içən bizlərə aydın göstərdi.
Həvari̇ləri̇n İşləri̇ 10:41
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax26 mar 2023
Matta 2:14–15 · Romalilara 6:16
25 mar 2023
İbrani̇lərə 13:5–6 · Yaradiliş 28:15
24 mar 2023
Yaradiliş 15:6 · Romalilara 4:20–24
23 mar 2023
Vəhy 4:8 · Zəbur 22:3
22 mar 2023
Yaradiliş 13:10–11 · 2 Peter 2:7–8
21 mar 2023
Vəhy 3:2 · 1 Peter 4:7
