23 mar 2023
Gündəlik İşıq, 24 mart: Qorxma, ey kiçik sürü! (Luka 12:32)
Gündəlik İşıq
İbram Rəbbə iman etdi və Rəbb bunu ona salehlik saydı.
Yaradiliş 15:6
Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi. Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir. Buna görə də imanı ona salehlik sayıldı. «Salehlik sayıldı» sözləri yalnız İbrahim üçün yazılmayıb; Rəbbimiz İsanı ölülər arasından Dirildənə iman etməklə saleh sayılacaq bizlər üçün də belə yazılmışdır.
Romalilara 4:20–24
Çünki İbrahimə və onun nəslinə dünyanı irs almaq vədi Qanun vasitəsilə deyil, imanla saleh sayılmaq vasitəsilə verildi.
Romalilara 4:13
Saleh adam imanla yaşayacaq.
Romalilara 1:17
Ümid verən əqidədən möhkəm tutaq, çünki vəd verən Allah sadiqdir.
İbrani̇lərə 10:23
Allahımız göylərdədir, Öz istədiyini edir.
Zəbur 115:3
Çünki Allah üçün mümkün olmayan şey yoxdur». Rəbbin ona dediyi sözlərin yerinə yetəcəyinə inanan qadın nə bəxtiyardır!.
Luka 1:37, 45
Öz Padşahlığına və izzətinə çağıran Allaha layiq şəkildə həyat sürəsiniz.
1 Saloni̇kli̇lərə 2:12
Mənim Padşahlığım bu dünyadan deyil. Əgər Mənim Padşahlığım bu dünyadan olsaydı, xidmətçilərim Yəhudi başçılarına təslim edilməməyim üçün döyüşərdi, amma indi Mənim Padşahlığım buradan deyil.
Yəhya 18:36
Düşmənlərinin Onun ayaqları altına kətil kimi salınmasını gözləyir.
İbrani̇lərə 10:13
Rəbbimiz və Onun Məsihi Dünya üzərində Padşahlığa sahib oldu! O əbədi olaraq padşahlıq edəcək!
Vəhy 11:15
Onları Allahımızla birgə Padşahlığa və kahinliyə şərik etdin; Onlar da yer üzünə padşahlıq edəcək.
Vəhy 5:10
Taxtları və onların üzərində oturanları da gördüm. Onlara hökm etmək ixtiyarı verildi. ... Onlar dirilib Məsihlə birgə min il padşahlıq etdi.
Vəhy 20:4
O zaman salehlər özlərinin Atasının Padşahlığında günəş kimi parlayacaqlar.
Matta 13:43
Qorxma, ey kiçik sürü! Çünki Atanız Padşahlığı sizə verməyi münasib gördü.
Luka 12:32
Atam Mənə bir padşahlıq tapşırdığı kimi Mən də sizə bir padşahlıq tapşırıram; belə ki Mənim Padşahlığımda süfrəmdə yeyib-içəsiniz və İsrailin on iki qəbiləsinə hökm etmək üçün taxtlarda oturasınız.
Luka 22:29–30
Padşahlığın gəlsin.
Matta 6:10
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax22 mar 2023
Yaradiliş 13:10–11 · 2 Peter 2:7–8
21 mar 2023
Vəhy 3:2 · 1 Peter 4:7
20 mar 2023
Zəbur 119:130 · 1 Yəhya 1:5
19 mar 2023
Həvari̇ləri̇n İşləri̇ 3:26 · 1 Peter 1:3
18 mar 2023
Yeşaya 38:14 · Zəbur 6:1–10
17 mar 2023
Levi̇li̇lər 1:4 · 1 Peter 1:18–19
