16 mar 2023
Gündəlik İşıq, 17 mart: Sınağa dözən adam nə bəxtiyardır!
Gündəlik İşıq
O adam əlini yandırma qurbanının başına qoysun ki, qurban özü üçün kəffarə kimi qəbul olunsun.
Levi̇li̇lər 1:4
Bildiyiniz kimi, siz ata-babalarınızdan irs olaraq aldığınız puç həyat tərzindən qızıl ya gümüş kimi fani şeylərlə deyil, qüsursuz və ləkəsiz quzuya bənzəyən Məsihin qiymətli qanı bahasına satın alınmısınız.
1 Peter 1:18–19
O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq.
1 Peter 2:24
Belə ki sevimli Oğlunda bizə bəxş etdiyi Öz lütfünün izzətini mədh edək.
Efesli̇lərə 1:6
Özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz.
1 Peter 2:5
Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq Ona təqdim edin; bu sizin ağılla etdiyiniz ibadətdir.
Romalilara 12:1
Sizi büdrəməkdən qoruyub Öz izzətli hüzuruna böyük sevinclə nöqsansız çıxarmağa qadir olan Xilaskarımız, yeganə Allaha Rəbbimiz İsa Məsih vasitəsilə əzəldən bəri, indi və əbədi olaraq izzət, əzəmət, qüdrət və səlahiyyət olsun!
Yəhuda 1:24–25
Hər cəhətdən bizim kimi sınağa çəkilmiş, lakin günah etməmişdir.
İbrani̇lərə 4:15
Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi.
Yaradiliş 3:6
O zaman sınağaçəkən yaxınlaşıb Ona dedi: «Əgər Sən Allahın Oğlusansa, bu daşlara əmr et ki, çörəyə dönsün». İsa ona belə cavab verdi: «“İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar” deyə yazılmışdır» ... Ona dünyanın bütün padşahlıqlarını və şan-şöhrətini göstərib dedi: Əgər Sən yerə qapanıb mənə səcdə etsən ... İsa dedi: Rədd ol, Şeytan!
Matta 4:3–4, 8–10
Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər.
İbrani̇lərə 2:18
Sınağa dözən adam nə bəxtiyardır!
Yaqub 1:12
Müqəddəs Yazı seçimləri Gündəlik Yolda Gündəlik İşıqdan (ictimai domen tərtibatı).
Son günlər
Hamısına bax15 mar 2023
İbrani̇lərə 2:10 · Matta 26:38–39
14 mar 2023
Ti̇tə 2:10 · Fi̇li̇pi̇li̇lərə 1:27
13 mar 2023
1 Ti̇moteyə 2:5 · İbrani̇lərə 2:14
12 mar 2023
Saylar 6:25–26 · Yəhya 1:18
11 mar 2023
Saylar 6:24 · Süleymanin Məsəlləri̇ 10:22
10 mar 2023
Yaradiliş 22:14 · Yaradiliş 22:8
